ETRÜSK-TÜRK BAĞI (TÜRKOLOG Firudin Ağasıoğlu prof.Dr. eski egitim bakanı)
Vergilinin qədim Roma tarixindən bəhs etdiyi «Eneida» əsərində bu şəhərin əsasını qoyan etrusk soyköklü Romul və Remin troyalı Eneyin törəmələri olduğu bildirilir. Romanınməşhur Qay sülaləsi də özünü troyalı Eneyin soyuna bağla-yırdı. Məşhur Roma imperatoru Qay Yuli Sezar senatda ilk çıxışında «Mən əsilzadəyəm, troyalı Eneyin nəslindənəm» deyərək özünü təqdim etmişdir.
Qədim etrüsk əfsanəsinə görə, Eneyin törəmələri Romul və Rem sahibsiz qaldıqda onları bir dişi börü (qurd) əmizdi-rir, ölümdən xilas edir. Sonralar bu ekizlər Roma şəhərinin əsasını qoyurlar. Bu baxımdan, etrusklarda da türklərin qayı boyunun, monqolların qıyat soyunun dişi bozqurd əfsanə-sinə uyğun mifoloji inanc olmuşdur. Etruskları türklərlə bağ-layan başqa bir oxşarlıq eyni əlifbadan, yəni Orxon-Yenisey abidələrinin yazıldığı runik əlifba ilə eyni qaynaqdan olan əlifbadan istifadə etmələridir.
Tunc çağından dəmir çağına keçid dönəmlərində İtaliyada Villanova kulturu adlanan bəsit bir uyqarlıq vardı. O çağlarda burada latın, rutul, umbr, sabin, samnit, falisk və başqa xalq-lar yaşayırdı. Villanova kulturunda görünməyən bukkero ad-lanan yeni tipli keramik qabların Çerveteri (Tsere) şəhərində 700-650-ci illərdə ortaya çıxması göstərir ki, bura etrusklarınilk yerləşim bölgəsi idi. II minilin sonlarında Kiçik Asıyanın batısından köçərək Apennin yarımadasının quzey-batısında Arno və Tibr çayları arasında Etruriya (Toskana) bölgəsində yerləşən etrusk boyları artıq I minilin başlarından İtaliyanın önəmli xalqlarından birinə çevrilmiş, 8-ci əsrin ortalarından 6-cı əsrə qədər etrusk ekspansiyası ətraf bölgələri və adaları bürümüşdü. Etrusk çağında Toskana əraziləri Massa-Carrara, Lucca, Pistoya, Prato, Firenze (Florensiya), Piza, Livorno, Arezzo (Arestso), Siena, Grosseto adlanan 10 əyalətə bölün-müşdü.
Almanlar Etrusklara turx demişlər.
Etrusk tarixini, mədəniyətini, dilini öyrənmək üçün baxa biləcəyimiz ən önəmli qaynaq hələlik dili açılmayan etrusk yazılarıdır. Sayı 12 minə çatan bu yazıların içində bir neçə iri həcmli mətnlər olsa da, əksəriyəti müxtəlif nəsnələr üzə-rində yazılmış kiçik mətnlərdir.
Bugün Sofiya muzeyində sax-lanan altı səhifəlik etrusk bitiyi Bolqariyanın güney-batı bölgə-sində qazıntı vaxtı tapılmışdır. Uzmanların m.ö. 600-cü illərə aid etdiyi bu tapıntı ən qədim kitablardan sayılır. Bloknot for-malı bitiyin yarpaqları Pirqi ya-zısının altun lövhəsi kimi altun falqadandır. Döyüşçü, su pərisi, lira və atlı rəsmləri ilə yanaşı bitikdə etrusk dilində mətn var.
Qablar üzərindəki kiçik yazılar. Adətən belə yazılarda qa-bın kim tərəfindən hazırlanması və kimin hədiyəsi və ya kimə məxsus olması haqqında bilgi verilir; Tapınağa və ya müəyən alp-ərənə yönəlik andiçmə və ya yəmin etmə mövzusunda yazılar; Sarkofaq, başdaşı, külqabı üzərində epi-tafiya xarakterli yazılar; Müəyən şəxslərə həsr olunmuş yazılar; Əl güzgüsü üzərində çəkilmiş bəlli mifoloji surətlərin adı və bəlli olaylarla bağlı bir neçə sözlü tanıtmalar. Tərkibində nisbətən çox söz olan mətnlər isə bunlardır:
1) Mumiyalanmış bir qadını bürümək üçün istifarə olunan kətan üzərindəki Liber Linteus (Kətan bitik) adlanan yazıda 1200-ə yaxın söz vardır;
2) Kapuidən tapılmış V-IV əsrə aid kirəmid üzərindəki 62 sətirlik bustrefedon yazıda 300-ə yaxın oxuna bilən söz vardır;
3) Perucidə II əsrə aid sınır (mərz) daşı sayilan daş lövhə üzərində 130 sözü olan 46 sətirlik yazı;
4) Minerva tapınağına aid V əsr yazısında təxminən yarısı oxunan 80 sözlü 11 sətirlik mətn;
5) 70 sözlü VII əsrin Aribal yazısı;
6) Malyano qəsəbəsində (Toskana) 1883-də tapılan V-IV əsrə aid iki üzü yazılı metal disk üzərində təxminən 70 sözlü yazı;
7) Pirgi məbədindən tapılan üç qızıl lövhə üzərində törənlə bağlı V əsrə aid yazılar: ikisin-də 52 söz etrusk hərfləri ilədir, biri isə aramey həflərilə yazıl-mışdır;
8) Kortonadan tapılmış III-II əsrə aid ikitərəfli tunc lövhə yazısı: bir üzündə 32, o biri üzündə 8 sətir vardır.
Romulun ulu babası kimi verilən Eney yunanca Afrodita, latınca Venera adlanan tanrıcanın oğlu idi. Etrusklarda bu tanrıca Turan adlanırdı.
Savaşda yenilən Troya m.ö. 1200-də yağmalanıb dağıdıl-mışdı. Hökmdar Priam ailəsilə öldürülmüş, Eneysə arvadını itirmişdi. Salamat qalan troyalıları toplayıb yeni yurd salmaq üçün bir neçə il ətraf ölkələri dolaşan Eney sonra gəmilərlə İtaliyaya keçdi. Burada başçıları Latın adlanan latın boyları yaşayırdı. Eney Latının razılığı ilə o vaxtlar Albula, troyalılar gələndən sonra isə Tibr adlanan çayın dənizə axdığı bölgədə yurd saldı.
(TÜRKOLOG Firudin Ağasıoğlu prof.Dr. eski egitim bakanı)
http://hotfile.com/dl/123727815/9784863/Bitik-Etrusk.pdf.html
Etiketleretrüsk FRİDUN AĞASİOĞLU türk türk dili
İlginize teşekkürler
Göçebe Türklerde el ölçü birimleri
Türkler tarihe daima göçebe millet olarak geçmiştir.. Asya Türkleri, Kazak, Kırgız, Moğol gibi göçebe Türkler …
Güneş uygarlıkları Takvim ve Taman
Türklerin “Güneş kültürü” yaşamının bir çok tarihi örnekleri vardır. Bunlardan en önemlileri göçebe yurtlarıdır Tarih …