iran yaylasi turan besiyinde antik turk yazilari yengi ogə

Ev / Belgeler / İran yaylası , Turan beşiyinde antik Türk yazıları-Yengi Ögə

İran yaylası , Turan beşiyinde antik Türk yazıları-Yengi Ögə

İran yaylası , Turan beşiyi (2)

Yengi Ögə

ARATTA KAYI TAMGASI

Dilçi və tarixçi alimlər hələ də bir suala cəvab vermədə yekdil fikrə gələ bilməyiblər, o da qədim Şumer, Elam, Akad və Hatt dillərində rastlanan çoxsaylı türk sözlərinin bu dillərə haradan və necə yol tapmısı məsələsidir. Bəzi alimlər hətta Şümer dilindəki türk sözlərinin çoxluğunu nəzərə alaraq Şumerləri türk adlandırmışlar. Əldə olan faktlar isə, nə qədər qəribə olsa da, İran yaylasına işarə etmkdədir.

Məlumat üçün bildirək ki, sözügedən ərazilərdə indiyədək aparılmş arxeoloji qazıntı işlərinin böyük əksəriyyəti əsasən avropalılar tərəfindən aparılmış, onlar isə burada həmişə ari izi axtarmağa üstünlük vermiş, burada olan türk izilərini görə bilməmiş və ya görmək istəməmişlər.

Bu izlərdən biri İran yaylasının müxtəlif yerlərindən tapılan və üzərlrində həndəsi fiqurları xatırladan yazı nümunələri olan gil lövhələrdir. Fonetik yazı növü olduğu ehtimal edilən bu yazıları indiyədək oxumaq və hansı dilə mənsub olduğunu müəyyənləşdirmək mümkün olmayaıb. Bəzilri onların proto-Elam yazıları olduğunu iddia etmiş, amma bu fikirlərini sübut edə bilməmişlər. Bu fikir bizə inandrıcı görünmür, çünki, tapılan yazı nümunələri tarixi Elam ərazısındən çox-çox uzaqlarda aşkar edilmişdir. Əslində Elamlılar mixi əlifbadan öncə xətti (Linear) əlifbadan istifadə etmişlər və əlifbanın işarələri Akad-Elam bilinqvası sayəsində Alman alimi Walter Hinz tərəfindən müəyyən qədər çözülmüşdür, amma bunu da tam dəqiqliklə söyləmək olmaz. Bu yazı növündən kifayət qədər nümunələr əldə edilmiş və onların bir qismi, zəif ehtimal da olsa, oxunmuşdur. Amma digər bölgələrdə tapılan yazı lövhələrinin işarələrinin proto-Elam əlifba və yazılarına qətiyyən oxşarlığı yoxdur və başqa bir mədəniyyətə və çox güman ki, Şumer və Elam mədəniyyətlərindən daha öncəyə aiddirlər.

Sialk , Yanmış Şəhər , Konar Sandal kimi tarixi yerlərdən tapılan yazılı lövhələrin mətnləri bu günə kimi oxunmamış və hələ də sirr olaraq qalmaqdadır. Burada mən bu yazıların bir hissəsinə aydınlıq gətirmək istəyirəm və onların proto-Türk yazısı olduqlarına dair sübutlarımı ortaya qoymağa çalışacağam. Üzərində dayanacağım lövhə İran yaylasının cənub-şərqindən, Ciroft şəhərinin yaxınlığındakı Konar Sandal kəndindən tapılmışdır. Burada 10 ilə yaxın bir müddət ərzində arxeoloji qazııntılar aparılmış və bir çox qiymətli tarixi material əldə edilmişdir və sözügedən materialları bu mədəniyyətin daşıyıcılarının şumerlərlə çox sıx mədəni-ticari əlaqədə olduqlarını sübut etməkdədir. Daş heykəllər, yonma qablar və saxsı qabların üzərində olan naxışların motivləri Türk və Şumer incəsənətınə xas motivlərlə çox yaxındır və hətta üst-üstə düşür.

Sözügedən mədəniyyəti araşdıran əslən Təbrizli arxeoloq Yüsif Məcidzadə onu Şumer mətnlərində “Aratta” kimi adı çəkilən bir əski dovlətin şəhər qalıqları hesab edir və tarixi “Aratta”nin məhz bura olduğunu bildirir. Halbuki, bir çox alimlərin də əski şumer mətnlərinə istinadan bildirdikləri kimi, Aratta indiki Güney Azərbaycan ərazisində olmuşdur. İngilis alimləri də Tovratda adı çəkilən “Ədən” bağları (cənnət) haqda hazırladəqları səndli filmdə “Aratta”nın Cənubi Azərbaycan ərazisində olduğunu sənədlər və təkzibedilməz dəlillərlə ortaya qoymuşlar. Hər halda, qaynaqların azlığı bu sahədə qəti fikir yürütməyə mane olur.

Adı çəkilən ərazidə qazıntılar zamanı bir neçə yazılı lövhə əldə edilmişdir. Bu lövhələrin oxunması dünyada tanınmış elamşünas François Vallata tapşırılmışdı. O da, ondan başqa Pioter Stain Kler və Yakob Dahil kimi daha iki tanınmaş elamşünas bu yazıların Elamca olduqlarını söyləmişlər. Lakin hələ də onları Elam dilinin köməyi ilə çözə bilməmişlər. Ona görə çözə bilməmişlər ki, bu alimlər qədim türk yazıları ilə tanış deyillər.

Arxeoloq Yusif Məcidzadə isə onların proto-elamca olmadıqlarını düşünür. Çünki həmin yazılar qədim Elam sınırlarından çox geniş bir arealdan tapılmış və Elamın məlum ərazisi ilə uyğun gəlmir. Odur ki, bu yazıları proto-Elam adlandırmaqı səhv bilir. Alim onların proto-İran adlandırmasını təklif edir. Amma hörmətli alim unudur ki “İran” sözü siyasi bir termindir və bu yaylada “İran” adında bir xalq heç vaxt mövcud olmayıb. Ona görə bu təklifi uğurlu saymaq olmaz. Lövhədəki yazı işarələrinin izini proto-Elam yazılarında deyil, Orxon-Yenisey abidələrində açıq-aşkar görmək olur. Fikrimcə, bu lövhələrin araşdırması əski türk əlifbasının təşəkkül və inkişaf tarixi ilə məşğul olan alimlərimizə çox yardımçı ola bilər.

Əski türk əlifbasındaki işarələrin bəzilərini damğa formasında 10000 il öncəyə aid qaya rəsimlərində, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri içrisində görmək mümkündür, amma bu yazılardakı bəzi həndəsi fiqurları xatırladan işarələrin haradan gəldiyi və yarandığı haqda bir söz söyləmədə çətinlik çəkirik. Şərti olaraq “Aratta yazısı” adlandıracağımz mətnlərdəki işarələrin səslənişini müəyyən etməkdə bizə Orxon-Yenisey əlifbasının işarələri yardımçı olmaqdadır və onları səsləndirmədə çətinlik çəkməyəcəyik. Oxucularda əyani təsəvvür yaransın deyə, burada həm “Aratta”, həm də Orxon-Yenisey mətnlərinin hər ikisinin, eləcə də proto-Elam mətnlərinin əks olunduğu nümunələri təqdim etməyi məqsədəuyğun hesab edirəm:

Sialk lövhəsi

Aratta 1

Orxon-Yenisey yazılarından nümunələr

Akad-Elam bilinqvası

Proto Elam yazı nümunəsi

Göründüyü kimi, şərti “Aratta” yazısı ilə proto-Elam yazısını vahid yazı sistemi kimi nəzərdən keçirmək qətiyyən doğru olmaz, hərçənd, bəzi alimlər bunları eyni əlfba hesab edirlər. Doğrudur 1-ci şərti “Arata” lövhəsinin 5-ci sətrində 3 işarə proto-Elam işarələri ilə ortaqlıq təşkil edir, amma qalan işarələrin hamısı əski türk əlifbasında mövcuddur.

Bu oxşarlıq bizə imkan verir ki, lövhədəki yazını türk əlifbası əsasında transkripsiya edək və mətni türk dili əsasında təhlil edək. Qədim şərq tikili ənənəsini nəzərə alaraq arxeoloqlar bu gil lövhələri Şahlıq yazısı (Royal Inscription ) adlandırırlar, belə ki qədim məbəd, saray və önəmli binaları tikərkən binanın nə məqsədlə, hansı şah tərəfindən inşa edildiyi tikilinin qıraq bucağında kitabələr və bəzən kərpiclər üzərində hək edilirdi. Lakin lövhənin türkcə traskripsiyası yazının bu funksiyanı daşımadığını, sadəcə qədim bir tibbi bəlgə olduğunu göstərir. Əlbəttə, təqdim etdiyim versiyanın tam doğruluğunu sübut etmək bir o qədər də çətin deyil, bundan ötrü dəyərli dilçi alimlərimiz bu layihənin üzərində komanda halında çalışmalıdırlar. Bu uyqarlığı öyrənməyin türk dünyası üçün çox önəmli bir məsələ olduğuna inanıram.

1. Sak-Şak MaŞ iZÇi ZaKaNT QaN

2.MaD MaD əM KəMŞiZ əMəQ aZ

3.ZŞ…DN ZoKaN ZoKaN iKiŞ

4…….Ş?K aNTıŞ aNTıŞ KıZ

5.uZuS MuNU BİNLİ SULuTaKİ

Sözlərin açıqlaması :

SaK-Şak : Saq-Saq ; Bilin, Xəbəriniz olsun (DLT )

MaŞ : Baş, Başçı. Qədim Şumer mətnlərində dövlət idarəçiliyində “Maş-Maş” kahin-vəzir vəzifəsi anlamında işlənib

iZÇi: İzi ; Sahib, Ağa,Sərvər . Bu üzdən tanrıya da izi deyilir. Bu mətndə Hökmran mənasında işlədilib. Burada Çi mənsubiyyət şəkilçisidir .

ZaKaNT QaN : Şəxs adı. Çox ehtimal həmin vilayətin hakimi olmuş. Göründüyü kimi sözün sonundakı QaN kəlməsi Kan, Xan sözünü ifadə idir və türklərdə ən qədim titullardan sayılır. Elə həmin dövrlərə aid Elam şahlarından “Tiri Kan” şah adına da rast gəlirik.

MaD MaD : Bat-Bat , Bəng otu. (Dərman bitgisi)

əM : Dərman, Əlac.

KəMŞiZ : Ağrısız , dərdsiz . Kəm ; Xəstəlik (DLT). Şiz, Siz sözün sonunda nəfy şəkilçisidir.

əMəQ : Əlac etmək. Əm sözündən yaranan feil. Əmləmək ; dərman etmək (DLT)

a Ẑ: Sağalmaq. Yaxşılıq və uğurluq əlaməti (DLT).

ZoKaN ZoKaN : Soğan, Sərimsaq ( Dərman bitgisi ). Bu gün bu bitgi artıq qıda bitgisi sayılır. Sözlərin təkrarlanmasına gəldikdə həmin hal Şumer dilində də mövcuddur və orada ismin cəm formasını bildirir . Türk dillərində isə sözün önəm və əhəmmiyyətini artırır.

iKiŞ : Xəstəlik. İg ; Xəstəlik (DLT).

aNTıŞ aNTıŞ : Andız otu. Xalq təbabətində dərman kimi işlənən bitgi (Az.DİL). Anqduz ; bu bitginin kökü qarın ağrısı üçün işlədilir (DLT)

KıZ : Dəyərli, Nadir tapılan nəsnə (DLT)

uZuS : Uyuz , qoturluq (ola bilsin mətndə “Qızılca” xəstəliyindən danışılır). Uzuz (DLT)

MuNU : Xəstəliyi . Mun ; Xəstəlik , eyib (DLT)

BİNLİ SULuTaKİ : Bənizi (dərini) suluq edər .

Bu günkü türkcəmizcə :

1. Bil ey baş hökmran “Zakant qan”

2. Bat-bat ağrı kəsici dərmandır , sağaldır

3. …… Soğan (sərimsaq), xəstəliyi

4. …….Andız dəyərli

5. Uyuz xəstəliyi bəni (dərini) suluq edər



Hakkında admin

İlginize teşekkürler


Tayfur köyü antik Trakyen tahtı

Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih

Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …


Çok yaşlı dut ağacı- Karainebeyli

Gelibolu Karainebeyli Kalaycı dede antik alanı

Kalaycı dede  antik alanı Gelibolu  Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede  antik …

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir




*


Hakkında antikor