Download Free FREE High-quality Joomla! Designs • Premium Joomla 3 Templates BIGtheme.net
ev / genel / qasqay sindaslari ulker ucqar

qasqay sindaslari ulker ucqar

Ev / Genel / Qaşqay sindaşları – ülker Uçqar

Qaşqay sindaşları – ülker Uçqar

Qaşqay sin daşları

Fars ustanı, xonc, Pidi(Fəduiyə) kəndinin yaxınlığında ki çöllər, Qışlaq -1390(2011) 1211,Güzün son günlərində Ərsəlan Mirzaı`nın dəvəti ilə Qaşqayıstana getdim. Əlizdə olan şəkillər bu səfərin meyvəsidir.

Burada məzarıstanlıq deyilən yerlər bəzən Tatlar ilə Türklər arasında ortaqdır və kənddən uzaqlaşdıqca Tatların sayı azalır. İndi qışlaq qədimki sərhədlərinə qədər deyil o üzdən, keçmişdə yol üstə olan bəzi qədim məzaristanlıqlarda illərdir artıq ölü quylanmır. Mən, çox uzağa gedəbilmədiyimdən dolayı təkcə üç kəndə yaxın məzaristanlığı görəbildim. Üçündə də Türklər Tatlar ilə qonşu basdırlmiş, ancaq quylaq daşları qolayca fərqlənməkdədir.
Türk daşlarının üstündə ölünün tayfa və tirəsinin adı yazılır, Cavan ya uşaqların qəbirlərinə qompul bağlanır, Türkcə şeirlər yazılır və əlbəttə daş üstündə bir sıra səkillər də qazılmışdır Qədimə getdikcə türkcə yazı azalıb yerini şəkillərə verir ancaq 1384də basdırılan bir ölünün daşı üstündə də bu qazıntını görmək olur, demək bu son zamanlara kimi bu dəb saxlanırmış.
Qazıntılar haqda dəqiq açıqlama verəbiləcək birisini tapmadım ancaq indi heç bir sin daşı satılan yerdə bu şəkilli daşların tayının olmadığını öyrəndim. Oralarda yaşayanlar bu şəkillərin dəqiq anlamlarını bilməsəslər də olmaqlarına olduqca alışmışlar. Bir çoban`ın dedyinə görə bu daşlarda ölünün nisgili qazılırmış. Üç daşlı quylağın ayaq tərəfində cızılan gərdək və at üstə gedən gəlinin şəkilini nəzərdə alsaq bəlkə o çobanın sözünə qatılabilərik. Bu son zamanlarda gənc və uşaq quylaqlarının tavanından (Bu quylaqların çoxu üst örtülü və qapalı olub, qapının açarı isə ailənin əlində salanılır) qompul aslamaq dəbi də bunun
.

Üç daşlı quylaq,

Bu quylaqlar zil gün və bayıra özəl zor yağışların altındadırlar. o üzdən bəzən quylaq daşını qorumaq üçün bəzi quylaqların çevrəsində belə güdə divarlar görmək olur. Quylaq 1318 H.Q(1286 ?) aiyiddir və gördüyümüz kimi 114 ilin keçməsi ilə daşlar bir az sürtülmuş ama hələ yerindədir. Üzülərək baş daşının şəkili əlimdə yoxdur. Ama burada görünən kimi şəkil at üstə bir kişin təsvir edir.

Üç daşlı quylaq,
.

Yazıları silinən qədim qəbir

Torpaqlarla örtülən qoç başına diqqət edin.
Əli belində qadın.
Bu qadının qollarında olan model indiki arxalıqların qolunda hələ də yaşamaqdadır.
.
.
.
At üstündə gəlin, gəlinin tumanının çinləri bəllədir, başında isə duvaq var.
.
Əli belində kişi.
.
.
.At üstündə kişi, şəkilin bəzi yerləri zamanla getmişdir ancaq hələ də atlının belindəki tüfəng və əlində ki süngünü seçmək olur.
.
.
.Aslan şəkili
.
.
.
.
.
İnanma göynimnən olanŋ fəramuş
Məhəbbət məşəli heç olmaz xamuş
əcəl badəsindən sən oldinŋ meynuş
Olsun cənnət bağı qismətinŋ səniŋ(Əziz Anam
.
Bir no`çə nocəvan tazə bəharım
Ala gözlü dili şirin nigarım
Sən apardınŋ mənim səbr- u qərarim
Ayrılıqa tabım yoxdur gəl balam.
.
Yaz ola məni də bir yad edinŋ
Mənim adım xub güllərə ad edinŋ
Həmd oxuyub ürəgimi şad edinŋ
Təqdir imiş mənim yolum tar

Yaz ola məni də bir yad edinŋMənim adım xub güllərə ad edinŋHəmd oxuyub ürəgimi şad edinŋTəqdir imiş mənim yolum tar düşə..



Hakkında Qaşqayi Oğlu

İlginize teşekkürler


Tayfur köyü antik Trakyen tahtı

Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih

Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …


Çok yaşlı dut ağacı- Karainebeyli

Gelibolu Karainebeyli Kalaycı dede antik alanı

Kalaycı dede  antik alanı Gelibolu  Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede  antik …

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir




*


Hakkında antikor