İraq Türkman Media Mərkəzinin rəhbəri: Eyat Yolcu: “Ortaq media üçün bir araya gəlməliyik”
Şərqi Türkistandan tutmuş Avropaya qədər böyük bir coğrafi ərazini əhatə edən türk xalqları zəngin mədəniyyətə və tarixə malikdir. Fərqli ləhcələrdə danışsalar da, fərqli yerlərdə yaşasalar da onları ortaq dəyərlər birləşdirir: mədəniyyət, tarix, ənənə və dil birliyi. Buna baxmayaraq, bəzi dövrlərdə bu xalqların bir-birilə əlaqələri zəifləsə də, müasir dövrdə TÜRKSOY-un gördüyü işlər türk xalqlarının mədəni əlaqələrini gücləndirməyə və doğmalaşdırmağa xidmət edir. Ancaq müasir dövrdə türk dünyasında baş verən prosesləri və hadisələri bilmək və hərtərəfli əlaqələri gücləndirmək üçün türk xalqlarının coğrafiyasını əhatə edən mediaya ehtiyac duyulur. Son illər türk ölkələrinin media nümayəndələrinin qatıldığı toplantılarda bu məsələ gündəmə gətirilir. Ortaq medianın türk dünyası üçün faydalarından söhbət açılır. Artıq neçə ildir ki, Azərbaycan İctimai Televiziyası ilə TRT AVAZ kanalının yayımladığı ortaq səhər proqramı və bu Qırğızıstanla da telekörpülərin qurulması təkcə bu ölələrdə deyil, türk milətlərinin yaşadığı hər yerdə araqla izlənilir və sevilir. Təbii ki, bu ortaq türk mediasının ilk cücərtiləri sayıla bilər.
Bəs görəsən jurnalistlər özləri bu barədə nə düşünür və ortaq medianı necə görürlər? İraq Kərkük Media Mərkəzinin rəhbəri Eyad Yolcu ortaq media ilə bağlı düşüncələrini və türk dünyasının bir-birini daha yaxından tanıması medianın üzərinə düşən vəzifələr haqda fikirlərini bizimlə paylaşdı.
Ortaq türk mediası haqda nə düşünürsüz? Bu məsələdə sizcə hansı addımlar atılmalı?
Ortaq türk dünyası mediasının olması üçün əvvəlcə mütləq fikir birliyi olmalıdır. Müxtəlif ölkələri əhatə edən media qurumları və jurnalistlər qarşlıqlı səfərlər edib bu məsələni müzakirə etməlidir. Bu cür müzakirələrdən sonra ortaq media ortaya çıxa bilər.
Türk xalqlarının bir-birini daha yaxşı tanıması üçün sizcə media nə cür strateji qurmalıdır?
Türk xalqlarının bir-birini daha yaxından tanıması üçün ilk başda müxtəlif media təmsilçiləri türk dünyasını gəzməli, oralara səfərlər təşkil etməli, hər bölgənin fərqli cəhətlərini öyrənib onlara diqqət etməlidir. Bununla da media təmsilçiləri bir nöqtədən yaranan birliyi strateji olaraq özləri üçün müəyyən etməlidirlər.
Türk xalqları üçün ortaq ünsiyyət dili olaraq Türkiyə türkcəsinə daha çox önəm verilir. Sizcə ortaq dil məsələsində fikriniz nədir?
Məncə tək ünsiyyət vasitə kimi Türkiyə türkcəsi olmalıdır. Bunu da türk dünyasına yaymaq daha doğrudur. Hazırda Kərkükdə Türkiyə türkcəsi istifadə edilir. Bu da ortaq dil üçün çox gözəl bir örnəkdir.
Türk dünyasınını ilgliləndirən mövzu və problemlər sizcə türk cümhuriyyətlərinin mediasında yetərincə işıqlandırılırmı?
Bizim Kərkük türkləri olaraq gözlərimiz Türkiyədə. Ancaq hənüz bir addım yoxdur. Media dünyasının birləşməsi və əlaqəli fəaliyyəti üçün bir araya gəlməyimiz və qurultay təşkil etməyimizə ehtiyac var. Daha çox aktiv olmalıyıq.
Bəs türk dünyasını əhatə edən medianın hansı problemləri var?
Təbii ki, problemlər çoxdur. Ancaq ən önəmlisi əlaqənin olmamasıdır. Fikirlər ayrıdır. Dil problemi və siyasət də bu cür medianı əngəlləyir, ona mane olur. Bizə özgür bir media qrupu lazımdır.
Siz İraq Türkman Media Mərkəzinin rəhbərisiniz. Mərkəz hansı işlər görür?
İraq Türkman Media Mərkəzi 1995-ci ildən fəaliyyət göstərir. İlk türkman və ya türk dünyasında ilk saytı Kərkük şəhəri adında biz açdıq. Yayınlarımız türkcə, ərəbcə və ingiliscə fəaliyyət göstərir. 2001-ci ildə e-mail qrupu yaratdıq. Bir il bundan öncə isə Facebook sosial şəbəkəsində türk dünyası, eləcə də Türkman oxuyucuları üçün səhifə yaratmışıq. Məqsədimiz İraqda və dünyada yaşayan türkmanlarla daha yaxşı və sürətli əlaqə yaratmaq, birlik və bərabərliyi təmin etməkdir.
Əfsanə Ələsgərli
İlginize teşekkürler
Trakyen yarımadası Tayfur köyünde Trakyenlerden günümüze tarih
Çanakkale Trakyen yarımadası ( Thracian Chersonesos) Tayfur köyü mübadele Türklerinin Rumlardan kalma köyüdür. Kaya oyma Trakyen …
Gelibolu Karainebeyli Kalaycı dede antik alanı
Kalaycı dede antik alanı Gelibolu Karainebeyli köyü Kara Nebi antik mezarlığı yakınındadır. Kalaycı dede antik …