AMERİKA MAYA TÜRKLERİ; TARİHTE VE BUGÜN – AYDIN MEDET OĞLU QASIMLI

.


.

Bir çoxları Amerika qitəsinin qədim xalqı olan və özlərini “Mayalar, Maqavlar, İnklər, Keçualar, Aзteklər” hesab edənləri “Hindular” və “ Qırmızıdərililər “(Qızıldərililər) adlandırırlar. Lakin uzun müddət Amerika “Hinduları “nın içində olan və elmi araşdırmalarnın böyük bir qismini onlara həsr edən Çex alimi Miloslav Stinql özünün “Tomaqavlarsız Hindular” adlı əsərində göstərir ki, əslində Hinduların dərisinин rəngi qırmızı deyil, sarı- qəhvəyidir. Onlar bayram və digər şənliklərdə sifətlərinə və bədənlərinə qırmızı boya sürtdüklərindən буну илк эörən avropalılar onları “Qırmızıdərililər” adlandırmış və beləliklə, onlar elmi ədəbiyyatda “Hindular” və “Qırmızıdərililər” kimi göstərilmişdir.
Avropalı antropoloqlar Amerika Hindularını boylarına, dərilərinin rənginə və digər əlamətlərinə görə üç əsas qrupa ayırırlar:
1) Şimali Amerika Hinduları;
2) Orta Amerika Hinduları;
3) Cənubi Amerika Hinduları.
Tədqiqatçılar göstərirlər ki,,Amerikada qədimşəhərlərin və evlərin qalıntıları və yazı biçimindəki fərqliliklər burada dörd böyük mədəniyyətin olduğunu göstərir.
Аmеrikaya ilk gələn xalqlar bugünkü cənubi-qərb əyalətlərində yerləşmiş, Мекsikаdа baş verən fəlakətlərlə eyni zamanda tarixdən silinmişdilər.Bu fəlakətlər çox qədim dövrlərdə, bəlkə də üçüncü zamanın son dövründə cərəyan etmişdi.Bunları sonradan ikinci,bəlkə də üçüncü bir mədəniyyət izləmiş,sonradan fəlakətlərlə və dağ silsilələrinin yıxılması ilə ortadan qalxmışdı.Dağların yüksəlməsi Kolorida,Arizona və Nevadadakı məhsuldar torpaqları çölə çevirmişdi.Nevedadakı Mayya heroqlif yazısından istifadə göstərir ki,qədim Yükatan sakinləri Mayya dilində danışmışlar. Kolorida çayının sahillərindəki bütün bölgələr qədim sakinlərin əsərləri ilə doludur.
Тədqiqatçı James Churchvardın fikrincə,qədim mədəniyyətlərin,dinlərin,yazıların,simvolların açarı Mu qitəsində yatır.James Churchvard göstərir ki,insanlığın ilk məskəni olan Mu ölkəsi Amerika ilə Asiya qitələrinin arasında Sakit Okeanda mövcud olmuş,sonradan Sakit Okeana qərq olmuş böyük bir qitə idi. Bu qitənin varlığı Nakkal tabletləri (gil lövhələri) Hindistan, Uyğurustan,Çin,Tibet,Kanboca,Orта Amerika, Meksika və Şimali Amerikada bulunan qədim daş tabletlər, kitabələr, əl yazmaları,simvol və əfsanələri həmçinин гədim Misirə aid kitabəляр ял yazmalarы,yunan filosoflarının əsərləri və bütün dünyaya yayılmış əfsanələr tərəfindən də təstiqlənir.Churchwarda görə, yaradıcı (Allah nəzərdə tutulur) йаратдыьы ilk insanı Mu qitəsində yerləşdirmiş və insanlar Yer kürəsinə bu qitədən yayılmağa başlamışlar. Müəllif göstərir ki, Mu qitəsində ilk insanın ortaya çıxdığı gündən bəri yüz min və ya daha çox illər keçmiш və qitədə əhali o qədər artmışdı ki, qitədəki torpaqlar sürətlə artan əhalini təmin edə bilməyəcək hala gəlmiş, ona görə də gənc insanlar yeni ərazilər aramağa başlamışdılar. Mu qitəsinin əhalisi xeyli artdıqdan sonra Günəş imperatorluğunun güclü dənizçilərindən bir qrupu yeni-yeni yaşayış yerləri əldə etmək üçün yurdlarını tərk edərək getdikləri yerləri öz müstəmləkəsinə çevrməyə başalamışdılar. Mu qitəsindən köç edərək ayrı-ayrı ölkələri fəth edib öz imperiyalarını genişləndirən bu qruplara “Mayalar” deyilmişdir. Bu müstəmləkəçilər əsasən Mu qitəsindən şərqə və qərbə doğru hərəkət edərək fəth etdikləri ölkələrə də öz dillərini, dinlərini, elmlərini, mədəniyyətlərini aparmışdılar. (Seçmələr bizimdir A.M. Bax: James Churcward, Batık kıta Munun çocukları, Çeviren: Ercan Arısoy, EÇE Meta yayınları, İstanbul 2012, səh.21,22,32).


Mu qitəsindən çıxaraq Şərqə doğru hərəkət edənlər Yükatan və Orta Amerikaya, oradan Atlantik okeanında sonradan qərq olan Atlanta qitəsinə, Atlantadan Aralıq dənizi vasitəsilə Anadoluya sonra da Çanaггala Boğazı vasitəsilə Qara dənizin cənub-şərq hissəsinə getmişdilər. Amerikanın qərb sahillərindən bir qol da Cənubi Amerikanın qərb hissəsinə və Çiliyə, Orta Amerikanın şərq sahilindən hərəkət edən bir qol isə Cənubi Amerikanın şərq sahillərinə və Argentinaya qədər irəliləmişdilər. Günəş imperatorluğunun Aralıq dənizi sahillərindəki müstəmləkələrinin sonuncusu Nil deltasındaki Aşağı Misir olmuşdur.
Şərq istiqamətində hərəkət edən qollardan bir qrupu Amerika qitəsinin Nevada bölgəsində, digər bir qrupu da Meksika вadisində və Peruda məskunlaşmışdılar.
Mu qitəsindən hərəkət edən Günəş İmperatorluğunun hərbi qollarından bir qismi Şimali Amerikaya hücum edərək bu əraziləri də öz müstəmləkəsinə çevirmişdilər.
Tədqiqatçılar göstərirlər ki, Şimali Amerikada bulunan antik insan sümüyü qalıntıları çox az olsa da, onlara aid əsərlər daha çoxdur. Şimali Amerikanın qədim insanları Avropadakı əqli baxımdan inkişaf etməmiş insanların mövcud olmasından on minlərlə il öncə xeyli mədəniləşmiş, elm və sənət baxımından mütəxəssisləşmişdilər. Buzlaşma dövründən on minlərcə il öncəyə – цçüncü zamana – aid Şimali Amerikada olduqca uygarlaşmış insanların izlərinə rast gəlinməkdədir. Şimali Amerikadakı insan qalıntılarının çoxu qərbdəki sıra dağlarının yaranmasından öncəki dövrlərə aiddir. Misirin “Müqəddəs sirlər” adlı əsəri “Buzlaşma dövrü” deyə adlandırılan şeyin nə olduğunu, ona nəyin səbəb olduğunu anladır və elm adamlarına bununla bağlı hər şeyin izahını verir.(Seçmələr bizimdir-A.M. Bax: James Churchward Kayıp kıta Mu səh. 178,179)
Аmеrikadakı “ Qırmızıdərililər ”in bu ərazidə yaşadıqlarını dağların yüksəldiyi dövrdə ölkənin qərb əyalətlərinin sıldırım qayaları üzərində bulanan minlərlə heroqlif yazıları,şəkli yazılar və simvollar təsdiq edir.Bu sıldırım qayalar üzərində yazı yazan insanların Mu qitəsindən gəldiyini, dillərinin Mayya kökənli olduğunu,Meksika və Orta Amerika Mayyalıları ilə yaxından bağlantılı olduqlarını təsdiq edir.
Churchward göstərir ki,yer üzərində qədim mədəniyyətlərlə maraqlananlar Meksika Vadisindən sonra çəkici,daha sehirli bir yer bulamazlar.Bu Vadidə insan yaşamağa başladığı ilk gündən bəri bir sıra faciələrlə qarşılaşmışdı.( Bax:James Churchward , Batık kıta Munun çocukları, səh.35, 36).
Amerikaya gələn Mayyalar son dərəcə elmli,bilikli və mədəni insanlar olmuşlar.Geoloji qeydlər son dərəcə yüksək və inkişaf etmiş bir mədəniyyətin əlli min il öncə Şimali Amerikada var olduğunu təsdiq edir.Buradan arxeoloji qazıntılar nəticəsində daşdan və betondan yapılmış müəzzəm şəhərlər,çox gözəl gil çölməklər,gözoxşar mücəvhərlər və xariqüladə divar rəsmləri üzə çıxarılmışdı.Sonradan baş verən şiddətli zəlzələlər,vulkanlar,yüksələn dağlar bütün buradakı şəhər- ləri yerlə-yeksan etmiş,milyonlarla insan bu dağıntıların altında qalıb məhv olmuş,bu fəlakətlər nəticəsində çox az insan qurtulmağı başarmışdı.Sonradan bu fəlakətlər qədim Mayyalar tərəfindən qayalara həkk edilmişdi.
Meksikanın Yükatan bölgəsindən Ufalı və Koloridaya qədər uzanan bir bölgədə xeyli simvollara rast gələn tədqiqatçılar qayalara həkk edilən bu simvolların şifrəsini açaraq mətn halına salmışlar.Bu simvolları tədqiq edənlər göstərirlər ki,simvollarda qədim Naqa və UYĞUR şəkli yazılarının ciddi bir qarışımı görülməkdə,başqa sözlə,buradakı daş tabletləri yazanlarla Yükatanda yaşayan antik insanlar arasında güclü bir əlaqə bulunduğu anlaşılmaqdadır.
Oreqon əyalətində yaşayan Klamath “ Qırmızıdərililər “i Britaniya Kolumbiyası və Vaşinqtonda yaşayan Kooteney “ Qırmızıdərililər “i arasında böyük sel,tufan və ulu babalarının Amerikaya “ Günəşin Ölkəsi “ndən gəldiyi haqqında əfsanələr bulunmaqdadır.Bu da onu göstərir ki, “ Qırmızıdərililər”in nəsli Amerikaya Mu qitəsindən gəlmişlər.Bu “ Qırmızıdərililər “in şənliklərdə işlətdikləri geyimlərindəki səkkiz guşəli ulduz içərisindəki Günəşin rəmzi Mu qitəsinin gerbinin mərkəzi fiqurudur.Tarixöncəsi çağlarda (“Nuh tufanı”ndan əvvəlki dövr belə adlanır-A.Q.) Şimali Amerikada yerləşmiş yüksək mədəniyyətə və son dərəcə kosmik güclərlə bağlı bilgilərə sahib olan “böyük qurğular”ından (“kurqan qurğuları”ndan ) bəhs edən Churchward göstərir ki , yapılan araşdırmalar nəticəsində əldə etdiyimiz tapıntılar bizi cənubi-qərb əyalətlərində yaşayan “Qırmızıdərili” qəbilələrin içərisində bu antik çağ xalqının nəslinin bulunduğunu göstərməkdədir. Qazıntılar nəticəsində böyük qurğulara aid 10,2 kiloqram ağırlığında bir “ Təqvim daşı” əldə edilmişdir.Bu “Təqvim daşı” üzərində 13 bərabər hissəyə bölünmüş bir üzük,üzüyün üst qismində Tanrının bir simvolu olan Günəşi təmsil edən bir çəmbər,bu çəmbərin üst tərəfində Ayın bir aylıq dönüşü təsvir edilmişdir.Üzüyün hər bölümündə bir simvol olmaqla bir ili təmsil edən 13 təqvim ayı göstərilmişdir.”Təqvim daşı”nın üst qismində hər şeyi görən göz Cənnətdən aşağıya doğru baxar halda təsvir edilmişdir.”Təqvim daşı”nın təqvimə daxil olmayan hissələrində isə bir neçə heyvan və insan fiquru cızılmışdır (Bax: James Churchward,Kayıb Kıta Munun Kutsal Sembolleri, səh.203,213,223).
“Meksikanın antik tarixi Şimali Amerikanın antik dövr xalqlarından olan Pueblo Qırmızıdərililəri Amerikaya ilk gəldikləri zaman olduqca mədəni və ziyalı insanlar idilər. Onlardan günümüzə qədər gəlib çatmış hekayə və dəlillər bu gerçəyi sübut edir. Amerikanın qərb və cənub-qərb əyalətlərində daha çox antik şəhər xarabalıqları, qaya rəsmləri və yazıları mövcuddur. XX əsrə qədərki tanınmış elm adamları və arxeoloqları Amerikanın ən qədim xalqlarından danışarkən onların ən çoxu 5 min illik tarixindən bəhs etmişlər. Lakin Amerikanın müxtəlif yerlərində bulunan qayaüstü rəsmlər və heroqlif yazıları göstərir ki, buradaki щinduların belə mövcudluğu ən azı 12 min illik bir dövrü əhatə edir. Müxtəlif Pueblo Qırmızıdərililərin yazıları, dilləri, müqəddəs simvolları və digər dəlillər onların əslində Mu qitəsindən Amerikaya ən azı 12 min il öncə gəldiklərini təsdiq edir. Pueblo Qızıldərililərinin dilində daha çox Kiş-Maya sözləri vardır ki, bu da onların Amerikaya ilk gəldiyi yerlərdə coğrafi cəhətdən bir-birinə olduqca yaxın olduqlarını göstərir. Onların Kiş-Mayalılarla uzaq keçmişləri arasındakı əlaqələrdən biri də simvollardır.
Bir çox tədqiqatçıların fikrincə, щindular 15 min ildən az olmayaraq Şimali Amerikada yaşamışlar. Hətta bəzi arxeoloq və antropoloqlar göstərirlər ki, щindular Amerika qitəsinə 20-30 min il bundan öncə Asiya qitəsindən Berinq Boğazı vasitəsilə mərhələ-mərhələ yerləşmişlər.
Tədqiqatçı James Churchward Amerika və Avropa tədqiqatçılarının ”Amerika yerliləri sayılan xalqlar uzun zaman bundan öncə bu qitəyə Berinq Boğazı vasitəsilə quru yoldan Asiya qitəsindən gəlmişdilər” tezisini qəbul etməyərək göstərir ki, bu xalqlar buraya nə Asiyadan, nə də Berinq Boğazı vasitəsilə gəlmişlər. Amerika щindularının öz əfsanələrinə və kitabələrinə istinad edən Churchwarda görə, bu xalqlar Quzey və həmçinin Güney Amerikaya Mu qitəsindən gəmilər vasitəsilə gəlmişlər.
Bəzi elm adamları da Amerikanın qədim xalqları sayılan Qırmızıdərililərin Amerika qitəsinə Şərqi Avropa və Asiya arasında yerləşən Qafqaz ovası vasitəsilə Orta Asiyadan gəldiklərini irəli sürmüşlər. James Churchward bu fikri də qəbul etməyərək göstərir ki, bu miф də Berinq boğazı əfsanəsi kimi çöküncə bu dəfə də bəziləri iddialarını Afrika qitəsinə yönəltmişlər. Halbuki bizim əlimizdə Qırmızıdərililərin Amerikaya haradan, necə və nə üçün gəldiklərini anladan onların özlərinə məxsus mənbələri vardır.
Bizcə bu iki nəzəriyyənin hər ikisi də doğrudur. Belə ki, Amerika qitəsinin Şimal hissəsinə gedənщindular o dövrdə Asiya ilə Amerikanı birləşdirən Berinq Boğazı vasitəsilə quru yolla, Orta və Cənubi Amerikaya gedənlər isə Sakit okeana qərq olmuş Mu qitəsindən gəmilər vasitəsilə gəlmişlər.
Məşhur arxeoloq William Niven Meksikada apardığı arxeoloji qazıntılar nəticəsində belə bir nəticəyə gəlmişdi ki, Meksikanın ən qədim qövmü Moğolların nəslindədir. Yükatan yarmadasının шimalındaki hər detal və qeyd oranın orijinal sakinlərinin böyük qisminin Moğol olduğunu göstərir və cənub bölgəsində ki hər kəs də ehtimal ki Moğoldur. Moğolların Şimal qövmləri bütün Meksikanı və Orta Amerikanı istila edib ələ keçirmiş, kişiləri qılıncdan keçirib, qadınları kölə etmişdilər. Ona görə də bütün Meksika Qırmızıdərililərində Moğol qanı izinə rast gəlinə bilir.
Arxeoloq William Nivenin kəşflərini yüksək qiymətləndirən James Churchward digər Amerika və Avropa tədqiqatçıları kimi Nivenin də щinduların Berinq Boğazı vasitəsilə Asiyadan gəldiyi tezisini qəbul etməmiş, və göstərmişdi ki, əldə edilən Uygur-Maya heroqliflərindən, qayaüstü yazılardan və simvollardan ibarət rəsmlər və mətnlər sübut edir ki, Şimali Amerikdaki ilk insanlar Mu qitəsindən gəmilər vasitəsilə gəlmiş xalqdır.
Meksikanın cənub-şərqində yerləşən Yükatan tam anlamı ilə antik mədəniyyətlərin beşiklərindən biridir. Yükatan və Orta Amerika Günəş imperatorluğunun ilk müstəmləkələrindən biri idi. Günəş imperatorluğu tarix səhnəsindən çəkildikdən sonra bu koloniya bir imperatorluq olub “Maya İmperatorluğu” deyə adlandırılmışdı.
Amerika Hindularının istər Şimali,istərsə Orta istərsə də Cənubi Amerikaya haradan gəldikləri haqqında elmi dairələrdə hələ də konkret bir fikir olmadığı kimi,onların milli kimlikləri haqqında da müxtəlif fikirlər mövcuddur. Bəziləri “Tövrat”a əsaslanaraq Amerika Hindularının İsraildən qovulmuş 10 tayfadan birinin olduğunu,bəziləri Latviyanın Riqa şəhəri yaxınlığında yaşayan insanların həddən artıq Hindulara bənzədiklərini irəli sürərək,onların Latviyadan gəldiklərini,bəziləri Şərqi və Şimali-Şərqi Asiyadan Berenq boğazı vasitəsilə Şimali Amerikaya gələn Moğollar olduqlarını,bəziləri Finikyalılar olduğunu,bəziləri hətta Makedoniyalı İskəndərin ordularının Finikya metropolu olan Tira şəhərinə yaxınlaşdığını görərək,Finikyalıların qaçıb Amerikaya gəldiklərini,bəziləri Roma ordularının etməyə çalışmışlar.Hətta bəziləri onların Şumerlərin,Malayların,Afrika barbarlarının,Misirlilərin və Moluk adası xalqlarının nəsli hesab etmişlər. . Amerika Hindularının kimliyi haqqında ilk məlumat verən 1638-ci ildə Amerikada Xristianlığı təbliğ edən katolik keşişi Antonio Kalança isə Hinduların Tatar kökənli olduğunu irəli sürmüşdür. Hinduların Amerikaya Avstraliyadan avstraliyalıların su yolu ilə deyil,quru yolla Tasmaniyadan Antraktida adaları vasitəsilə gəldiklərini Portuqaliya antropoloqu Mendes Korrea irəli sürmüşdür. Təbiidir ki,yaşadığımız XX və XXI əsrdə Hinduların ilkin Vətənlərini nə Avropada,nə Afrikada, nə də Yaxın Şərqdə axtaran yoxdur.Qalır Asiya,Okeaniya,Avstraliya və Antraktida. .. . . Amerika qitəsinin ilk sakinlərini Mu qitəsi ilə bağlayan James Churchvard və Mendüs Korrea istisna olmaqla,tədqiqatçıların əksəriyyəti “Asiya tezisi” üzərində dayanırlar.Bir çox tədqiqatçılar antropoloji,etnoqrafik və arxeoloji faktlara əsaslanaraq Hinduların Asiyadan və Sibirdən Amerikaya gəldiklərini irəli sürür və göstərirlər ki,Sibir xalqları və Şimali Amerika Hinduları eyni canlılara və bitkilərə pərəstiş edir,Hinduların Şaman adətləri ilə Sibir Türklərinin Şaman adətləri bir-birinə çox bənzəyir və hər ikisi “dörd” rəqəmini ilahiləşdirirlər.Bütün bunlar onu göstərir ki,Amerika Hinduları ilə Sibir xalqlarının kökü eynidir. . Amerika Hindularının Sibirdən Berenq boğazı vasitəsilə öncə Şimali Amerikanın Alyaska bölgəsinə,sonra isə bütün Şimali Amerikaya 30 min il bundan öncə gəldiklərini elmi şəkildə sübut edən, bu məsələyə son nöqtəni qoyan 1912-ci ildən Sibirdə və Monqolustanda bir neçə il tədqiqat aparan və bu mövzu ilə bağlı “ Alyaska Gündəliyi “,” Amerikada insanın mənşəyi və qədim tarixi “, “ Yeni Dünyaya insanın Asiyadan gəlişinin kəşfi “ adlı bir neçə sanballı əsərlər yazıb çap etdirən Çex mənşəli Amerika alimi Aleş Qrdliçka göstərir ki,zaman-zaman Amerikanın coğrafi şəkli kimi, Amerika Hindularının həyatı və mədəniyyəti min illərlə öz Asiya ata-babalarınkından fərqlənməmişdir (Aleş Qrdliçkanın həyatı və elmi fəaliyyəti haqqında bax:Miloslav Sinql, İndeyçi bez Tomaqavkov,səh.40-44 ).
Aleş Qrdliçka elə faktlar üzə çıxarmışdır ki,artıq Amerika Hindularının Asiya kökənli olması ilə bağlı elmdə onunla mübahisəyə girişmək qeyri-mümkün olmuşdur.
Mayya dilinin 4 fərqli qolu və qədim Amerikalıların 3 fərqli şəkildə yaradılmış əlifbaları ilə qarşılaşan tədqiqatçı James Churchvard “insanın insanabənzər meymundan əmələ gəldiyi” nəzəriyyəsini qəti şəkildə rədd edərək göstərir ki,geoloji buzlaşma dövründə Avropada meymun adamın yaşamasından 10 minlərlə il öncə İnsanoğlu var olmuşdu.
Amerikada torpaq altında qalan tapıntılardan,antik yazılardan əldə edilən materialları tədqiq edən mütəxəssislər göstərirlər ki,buradakı tikintilərin ən gecinin ən azı 15 min il,bəzilərinin isə daha artıq yaşı var ( Seçmələr bizimdir – А.Q.Bax: James Churchvard, Kayıb Kıta MU,səh.235).
Böyük mədəniyyətə malik Güney Amerikanın ən qədim və ən mədəni xalqlarından biri də “İnka”lardır.Əslində“İnka”deyilən bir xalq yoxdur.İnklər Perudan Qvetamalaya köçmüş Orta Amerikalı “Kişələr” ilə yerli xalq olan “Aymalar”ın qaynayıb-qarışmasından meydana gəlmişdi. ”İnk”və ya “İnka” adı,dövləti quran hökmdarın adından götürülmüşdür.İnka Xanədanı 13 İnka İmperatoru tərəfindən idarə olunmuşdu.İlk İmperatorları Manko Komakdır.Manko Komak tac qoyana qədər “İnkalar” deyilən bir bir şey mövcud deyildi.Manko Komak hökmdar olduqdan sonra həm Aymarlara həm də Kişələrə “İNKA” adını vermiş,hər iki xalq da bu “ İNKA” adını yeni hökmdarın şərəfinə qəbul etmişdi.İnklər bizim eranın 900-üncü ilində bir İmperatorluq qurmuş və bu İmperatorluq 1532-ci ildə İspanların Perunu fəth etməsi ilə sona çatmışdı ( Seçmələr bizimdir-A.Q.Bax:James Churchvard,Batık Kıta Munun çocukları,səh.87,88,89 ).
Güney Amerikanın Venesuela, Braziliya, Argentina və digər ölkələrindən də bir çox qayaüstü rəsmlər və yazılar əldə edilmişdi ki, tədqiqatçılar bu mənbələrə əsaslanaraq göstərmişlər ki, burada yaşayış məskənləri quran Karalar və ya Kara-Mayalar bir “ Kara- Maya Krallığı “ yaratmış, bir çox şəhərlər salmışdılar. Karayib dənizi bu Karaların adını adını daşıyır. Karalar özlərinə “ Çankalar “ da demişlər. Karaların dilindəki bir çox sözlər Qırmızıdərilərin dili ilə eynidir. Onlar Mayya dilində öz dialektlərində danışmışdılar.
Tədqiqatçılar göstərirlər ki, Karalar, Karaylar və ya Kara-Mayyalar dünyanın müxtəlif yerlərinə köç etmiş, onlardan bir qismi müstəqil qəbilələrə ayrılmış, yaşadıqları ərazilərə yeni adlar vermişdilər ki, bunlardan biri də Balkan Yarmadasının cənub hissəsində yerləşən və özlərinə “ Afinalılar “ adını verən Afinalılardır. Misir mənbələri Afinalıların paytaxtlarından biri olan Afinanın 17 min il öncə qurulduğunu və zəlzələ nəticəsində dağıldığını göstərmişdi. Qədim Afinanın zəlzələ nəticəsində dağılmasından sonra eradan əvvəl 1104-cü ilə qədər Kara- Mayyaların adına heç bir mənbədə rast gəlinməmişdir. Bugün Egedə yaşayanlar onların nəsli olaraq bilinməkdədir. Ən qədim filosoflardan Kara-Mayyaların soyundan gəldikləri ilə öyünənlər vardır ki, bunlardan biri də Heredotdur. Güney Amerika Kara-Mayya İmperatorluğunun da sonu bir çox digər İmperatorluqlarınınkına bənzəyir. İç savaşlar dövləti, ölkəni və xalqı zəiflətmiş,bundan istifadə edən savaşçılar hücum edərək İmperatorluğu çökdürmüşdülər.
Elm adamları uzun müddət mədəniyyətin anasının Misir olduğunu iddia edərək əsasən Misirə önəm vermişlər. Halbuki Amerika, Hindistan və Türküstandan Misirə gələn müstəmləkəçilərin buraya gələrkən özləri ilə bərabər uyqarlıxlarını və elmlərini də yanlarında gətirmişdilər. Bu faktı təsdiqləyəcək saysız miqdarda mənbə vardır. Tədqiqatçıların fikrincə, bu mənbələrin xeyli hissəsi də qədim misirlilərin özləri tərəfindən yazılmışdı.
Amerika qızıldərililəri və ya hinduları sayılan mayalar, inklər, maqavlar, keçualar enerjisinin və zamanlarının çoxunu avropalı işğalçılar gəlməmişə qədər əkinçiliyə və mədəniyyətlərinin inkişafına sərf etmişlər. Bunların içərisində mayalar və inklər xüsusi yer tuturlar. Tədqiqatçılar göstərirlər ki, Günəş imperiyası yox olmadan öncə mayalılar Amerikada və dünyanın müxtəlif yerlərində böyük bir mədəniyyət yaratmışdılar. Ona görə mayaların tarixini iki dövrə – qədim və yeni dövrə bölürlər. Onlar mayaların ən qədim dövrünü Mu qitəsi və Günəş imperatorluğu ilə bağlayır və arxeoloji qazıntılar nəticəsində əldə edilən iki min altı yüzə qədər gil lövhəni incələyərək belə bir sonuca gəlmişlər ki, mayalar Amerika qitəsində 15 min ildən az olmayaraq yaşamışlar. Onlar tarixdə görünməmiş bir «Elm imperatorluğu» qurmağa nail olmuşlar. Tədqiqatçılar göstərirlər ki, mayalar astronomiya, riyaziyyat, həndəsə fizika, kimya və memarlıq sahələrində heyrətamiz irəliləyişlər əldə etmişlər. Onların öz dövrlərində yaratdıqları observatoriyalar (rəsədxanalar) XVIII əsrdəki Paris Observatoriyalarından daha mükəmməl idi.
Amerika Mayalıları da Misirlilər kimi elm sahəsində sonsuzluq haqqında fikirlər yürütmüş, piramidaların yaradıcısı olmuş, astronomik cədvəllər riyazi bilgilərlə günün saatını və ilin fəsillərini ölçüb-biçmişlər.
Tədqiqatçı Henri Stierlin göstərir ki, qədim Misir dövründə dünyada «zaman» mövzusunda mayalılar qədər daha çox düşünən heç bir xalq olmamışdı. Mayalılar günəş, ay və ulduzların da hərəkətlərini davamlı olaraq təqib etmiş, «maya təqvimi» adlı mükəmməl bir təqvim yartmışdılar.
Mayalılar dünya riyaziyyat tarixində sıfırı kəşf edən, dünya tibb elmində ilk beyin əməliyyatı aparan xalq olmuşlar. Mayalıların mükəmməl günəş və ay təqvimləri, Veneranın vəziyyətini göstərən dəqiq cədvəlləri olmuşdur. Tədqiqatçıların fikrincə, mayalıların müasir tibbin yaxın zamanlarda kəşf etdiyi «bakteriya» haqqında bilgiləri olmuşdu. Ümumiyyətlə, mayalılar elmin müxtəlif sahələrində mədəniyyətin ən yüksək zirvəsinə yüksəlmiş, xüsusilə tibb və memarlıq sahəsində böyük uğurlar əldə etmişdilər. Mayalıların ən əzəmətli binaları Yükatanın ən böyük şəhəri olan Uxmaladadır. Arxeoloqlar Yükatanda üst-üstə inşa edilən qədim yeddi mərtəbəli binalara rast gəlmişlər.
Uxmalarda «Müqəddəs Sirlər Tapınağı» adlanan antik bir maya məbədi vardır. Bu məbədin divarlarında xeyli miqdarda müqəddəs simvollarla iç-içə bulunan kitabələr vardır. Bu müqəddəs simvollar və kitabələr Misirin ilk dövrləri və Babil imperatorluğu ilə bərabər bütün antik xalqları bir-birinə bağlayırlar. Amerika qitəsinin simvolu olan bu məbədin ən azı on bir min il yaşı var.
Qədim Maya İmperatorluğunda yazıdan da istifadə edilmişdi. Maya yazılarının ən önəmlisi mayaların müqəddəs kitabı olan «Popol Vuh» əsəridir. Tədqiqatçılar göstərirlər ki, dünyanın bütün dillərində qədim maya sözləri vardır. Onların jfikrincə, Yaponiyada işlədilən dilin yarısı, Meksika yerli dilinin yarıdan çoxu kara-maya dilidir. Qədim Misir dili də bu qəbildəndir.
Amerikanın ikinci kəşfi Sibir türklərinin və ya türklərlə əqrəba olan qövmlərin adı ilə bağlıdır. Onlar Berenq boğazından keçərək Şimali Amerikaya yerləşdikdən sonra qərb sahilləri boyunca cənub istiqamətində irəliləmiş və çoxalaraq yayılmışdılar.
Amerikanın üçüncü kəşfi çinlilərin adı ilə bağlıdır. Bizim eranın 400-cü ilində Çin buddist missioneri Fa Syanyaiki yüz di ndaşı ilə bərabər gəmi ilə Çindən Yavaya və geriyə hərəkət edərək Amerikanı kəşf etmişdi.
Amerikanın dördüncü kəşfi 1001-ci ildə Vikinqli Leif Ericssonun adı ilə bağlıdır.
Amerikanı beşinci kəşf edən isə 1311-ci ildə Malinin müsəlman imperatoru Əbubəkr olmuşdur. Tədqiqatçılar göstərirlər ki, əgər Aztek mədəniyyəti işğalçı avropalılar tərəfindən məhv edilməsəydi, Əbubəkrin kəşf gəzintisi haqqında xeyli sirri aydın olacaqdı. Qızıl zəngini olan Əbubəkrin atıldığı okean macərası sözün həqiqi mənasında bir kəşf gəzintisi olmuşdu. (Bax: İbrahim Okur, Arsızlık və kültür, səh. 15).
Göründüyü kimi, Amerikanın kəşfi məsələsi bir neçə qövm tərəfindən paylaşılan bir gerçəyə dönmüşdü. Lakin bu kəşflərin heç biri Xristofor Kolumbun kəşfinə bənzəməmişdi. Çünki o kəşflərdən fərqli olaraq Xristofor Kolumbun təmsil etdiyi Amerika tarixi əsrlər boyunca davam edən bir talan və soyqırımın, qızıla hərisliyin qanlı və canlı tarixidir. Kolumb və onun yolunu izləyərək Amerika qitəsinə gedənlər oralara mədəniyyət əvəzinə qanlı dəhşətlər aparmış və bu insanlığa sığmayan Avropa vəhşiliyi nəticəsində milyonlarla qırmızıdərili hindu vəhşicəsinə qətlə yetirilmişdi.
Kolumbun özünün yazdığına görə, onlar Amerikada vəhşilərlə deyil, sözün həqiqi mənasında insanla qarşılaşmışdılar. Kolumb özünün xatirə xarakterli gündəliyində göstərir ki, «bu insanlar (Amerika hinduları nəzərdə tutulur) son dərəcə dürüst və ifrat dərəcədə əliaçıq mərd insanlardı. Başqalarına olan sevgiləri şəxslərinə olandan daha çox idi. Kolumb öz gündəliyində ilk rast gəldiyi və hindu adlandırdığı insanlar haqqında yazır: «onların bədənləri və sifətləri çox gözəldir, dəriləri nə qara, nə də ağdır».
Bütün bu insani keyfiyyətlərinə baxmayaraq, Kolumb Amerika hindularını kölələşdirmişdi. Kolumb gündəlifinin başqa bir yerində göstərmişdi ki, bütün bu yerlilərin hamısını asanlıqla boyun əydirə və hər istədiyini yapdıra bilərik. (Bax: Fatihler yarqılanıyor. Səh.57).
Коlumb Amеriка yerlilərinə “ indio “ аdını vermişdi. Bu söz digər Avropa dillərinə “İndien”, “İndianer” və “İndian” şəklində dəyişikliyə uğramışdı.
Kolumb “Hindu” adlandırdığı bu insanların silah daşımadığına, həyatlarında heç vaxt qılınc görmədiklərini və əllərinə qılınc verilərkən onun iti tərəfindən tuttuqlarını və bu səbəbdən də barmaqlarını kəsdiklərini yazmışdı. Bütün bunlara baxmayaraq Kolumb Amerikada qarşılaşdığı bu dürüst, sülsevər insanların qonaqpərvərliyinə heç bir qarşılıq verməmiş, əksinə, onlara hər istədiyini yapdıraraq olduğu hər yerdə bu yerliləri qızıl bulmağa məcbur etmiş, qızıl bula bilməyənlərin qolunu kəsdirmişdi.
Kolumb hələ yola çıxmamışdan bu macəraya nə üçün atıldığını anlataraq göstərmişdi ki:” Qızıl çox gözəl bir şeydir! Ona sahib olan hər şeyin ağasıdır”.Qızıl sayəsində ruhlara Cənnətin qapıları belə açıla bilər.
Amerikanın son 500 illik tarixində önə çıxarılası ən mühüm mövzu təbiidir ki, Amerikanın ən azı 17 min illik yerli xalqı olan Hinduların başına özlərini “Mədəni” adlandıran xristian Avropalıların gətirdikləri amansız vəhşətlərdir.
Cənubi Amerikanın qədim Hindular yaşayan bölgələrindən biri Venesueladır. Bu adı ona öz adını da Amerikaya verən Xristofor Kolumbun İspan gəmisində kələm turşusu satan İtaliyanın Florensiya bölgəsindən olan Ameriqo Vespuççi vermişdir. Ameriqo Vespuççi bu bölgədə olarkən su üzərində dirəklərlə qurulmuş qəsəbəni Venetsiyaya bənzədərək qəsəbəni ispanca Venesuela adlandırmışdı. Sonradan bütövlüklə ölkə Venesuela adlanmışdı.
Məşhur Amerika filosofu Ralf Uoldo Emerson yazmışdı:”Nədən Dünyanın yarısını əhatə edən nəhəng Amerika kələm turşusu satıcısı Ameriqo Vespuççi kimi bir oğrunun adını daşımalıdır.”
Venesuelada ispan işğalçıları tərəfindən yaşayış yerlərindən qovulanların və tabe olmayanların məhv edilməsi nəticəsində Hinduların sayı kəskin şəkildə azalmış, bir çox Hindu tayfaları İspanların qırğınından qurtulmaq üçün ölkənin balta dəyməmiş meşələrinin dərinliklərinə çəkilməyə məcbur olmuşdular. İspan istilacıları və ilk İspan mühacirləri tabe olan Hindu tayfalarının qızları ilə evlənmiş, bu nikahlardan metislər yaranmışdı ki, bu metislər artıq XVIII-XIX əsrlərdə Venesuela əhalisinin yarısından çoxunu təşkil etmişdilər.Tədqiqatçılar göstərirlər ki, Venesuelanın İspancasında üç minə qədər Hindu sözləri işlənməkdədir. Onlardan bir çoxunu Venesuela yazıçıları və şairləri öz əsərlərində geniş şəkildə işlətmiş və bugün də işlətməkdədirlər.
Cənubi Amerikanın qədim Hindular yaşayan bölgələrindən biri də “Tumako” Hindu tayfasının adını daşıyan Tumakodur. Tədqiqatçılar Tumakoda (İndiki Kolumbiyada) Hinduların bizim erdan əvvəkl X əsrdə yaşadıqlarını, Mərkəzi Amerika Mayaları ilə mədəni əlaqədə olduqlarını, bir çox yerlərdə qədim Hindulara məxsus şah əsərlər sayılan memarlıq abidələri və divar yazılarının mövcudluğunu qeyd edərək, göstərirlər ki, Kolumbiyanın qədim Hindu mədəniyyəti digərlərindən yüksək sənətkarlığına görə seçilirlər. İspan işğalçılarının gəlişinə qədər Tumakoda da iyirmiyə qədər ilkin sinfi dövlətlər mövcud olmuşdu ki, onların içərisində “Bakata”, “İraka”, “Duitama”, “Quaneta” və “Tayrona” mühüm rol oynamışdı. Çibça- Muiska Hindularının dini mərkəzi olan və yüksək mədəniyyətə sahib İrakada “Günəş məbədi tapılmışdır. O dövrdə Tumakodanın ümumi Hindu əhalisi 2 milyon nəfər olmuş, sonradan onların sayı 350 minə enmişdi. 1863-cü ildən başlayaraq Tumakoda Xristofor Kolumbun şərəfinə Kolumbiya adlanmışdı.
Güney Amerikanın qədim Hindular yaşayan ölkələrindən biri də Ekvatordur. 1830-cu ilə qədər “Kita” adlanan Ekvator ərazisində qədim dövrlərdə “Kita, Tumbe, Kanyari və s.” kimi müxtəlif Hindu tayfaları yaşamışdı. Bizim eranın birinci minilliyinin sonunda Kita tayfası Kara tayfasının ərazilərini fəth edərək Latın Amerikası tarixində “Kita çarlığı” adlanan bir dövlət qurmuşdular. XV əsrdə Kita çarlığı əksəriyyəti Keçua Hindularından ibarət olan İnk dövləti tərəfindən işğal edilərək İnk imperatorluğuna birləşdirilmişdi. İnk istilaçıları bütün gücləri ilə “Kita Çarlığı”nda Keçua Hindularının ləhcəsinin yayılmasına çalışmışdılar. İspan işğalçıların XVI əsrin birinci yarısında Ekvatora soxulması ilə buradaki Hinduların “Keçualaşdırma” prossesi daha da sürətlənmiş, ümumi düşmən olan ispan müstəmləkəçilərinə qarşı bütün qula çevrilmiş Hinduları birləşdirmiş, Keçua dili müstəmləkəçilərə qarşı Hinduların ümumi dili olmuşdu. Kitanı (Ekvatoru) zəbt edən ispanlar burada böyük qızıl və gümüş yataqları tapa bilmədiklərindən ölkədə Hinduları və Afrikadan gətirdikləri zənci qulları işlərmək üçün plantasiyalr yaratmışdılar.
Cənubi Amerikanın Bütün Venesuela, Kolumbiya, Ekvador adlanan ölkələri ilə bərabər, Çili, Uruqvay, Peru, Boliviya, Argentina, Paraqvay, Braziliya, Qayana və Qviana adlanan ölkələrinin də ilkin sakinləri əsasən Hindular olmuşlar.
İspan işğalçılarına qədər Çilidə əsasən Keçua, Maruçe və Aymar adlı Hindu tayfaları yaşamışlar. İspan işğalçılarından 150 il öncə, yəni XIII əsrin başlanğıcına qədər Çilini şimal və mərkəzi hissəsini İnklər istila edərək öz imperatorluqlarının tərkibinə daxil etmişdilər. XVI əsrdə Çili də ispanlar tərəfindən işğal edilmiş, digər Amerika ölkələrində olduğu kimi burada da Hinduların çox hissəsi İspanlar tərəfindən soyqırıma məruz qalmış, qalanları isə İspanlarla və digər Aralıq dənizi xalqları ilə qaynayıb- qarışmışlar. Ona görə də tədqiqatçılar göstərirlər ki, müstəmləkə dövrünün sonunda Çili əhalisini 80 faizini metislər təşkil etmişdi. Bu gün Çili əhalisin yalnız 6 faizini Hindular təşkil edir.
Cənubi Amerikanın ilkin Hindu tayfalarının yaşadığı ölkələrindən biri də bugünkü Uruqvaydır. Yerli Hindu tayfaları olan “Çarrua”, “Çana” və başqalarını İspan işğalçıları ölkəni müstəmləkəyə çevirdikləri zaman Kubada olduğu kimi tamamilə qırıb qurtardıqlarından Uruqvay xalqı əsasən İspan kolonistlərindən formalaşmışdı. Ona görə də Uruqvay mədəniyyətini tədqiqatçılar əsas etibarilə Avropadan köçmüş ilk kolonistlərin adı ilə bağlayırlar. Hindu folklorundan belə çox az nümunələr qalmışdı.
Güney Amerikanın yerli xalqı sayılan Hinduların tarixən yaşadıqları ölkələrdən biri də Perudur. Tədqiqatçılar bugünkü Peru ərazisində ilk insanların yerləşməsini bizim eradan əvvəl X minilliyə aid edirlər. Peruda ilkin yüksək Hindu mədəniyyətinin yaradılmasını tədqiqatçılar bizim eradan əvvəl birinci minillliyə aid edirlər. Onlar Peruda bu mədəniyyətin yaradıcıları kimi Moçe çayının ətrafında yaşadıqlarından “Moçika”Parakas yarmadasında yaşadıqlarından “Parakas” və “Naska” Hindularını göstərir və qeyd edirlər ki, bunlardan Parakas və Naska Hindularının mədəniyyəti məhdud və lokal xarakter daşımış, Moçika Hinduları ilə paytaxtı Moçika Hindularının ləhcəsində “Günəşlər Günəşi” anlamına gələn “Çan-Çan” olmaqla “Çimu” adlı qüdrətli dövlət yaratmışdılar. Çimu dövlətinin əhalisi vadilərdə bağçılığı inkişaf etdirmək üçün qarışıq suvarma sistemi yaratmağa nail olmuş, çox yaxşı yollar salmış, şəhərlərini məbəd və saraylarla bəzəmiş, öz hökmdarlarını öldürdükdən sonra mumiyalayaraq eni və uzunluğu bir neçə yüz metrəlik, hündürlüyü isə 50 metrlik möhtəşəm piramidalarda dəfn etmişdilər.
Perunun məlum mədəniyyəti daha çox Hinduların İnk İmperatorluğunun adı ilə bağlıdır. Qədim İnk dövlətində vahid din olmuş, əhali Günəş kultu olan “İnti”yə və Ali Tanrı olan “Virakoça”ya sitayiş etmişdi. Ümumdövlət dili Keçua Hindularının dili olmuşdu. Tədqiqatçılar göstərirlər ki, bugünə qədər də İnk dövlətinə məxsus əzəmətli məbəd və sarayların qalıqları, çox yaxşı yol şəbəkələri, su kəmərləri, süni suvarma kanalları sistemi, terras əkinçiliyi, son dərəcə gözəl zərgərlik, keramika və toxuculuq nümunələri astronomiya və tibb sahəsindəki nailiyyətləri heyran edicidir. Bütün ölkədə möhkəm qalalar tikilmiş, qala divarları 200 və daha artıq tonluq əzəmətli daşlarla hörülmüşdü. Perunun qədim Hindulara məxsus son dərəcə gözəl maddi mədəniyyət abidələri İspanların işğalı zamanı dağıdılmış, məbədlər və saraylar yandırılmış, onların yerində İspanlar öz kilsə, monastr və saraylarının bünövrəsini qoymuşdular. İnk dövlətinin tarixi və mədəniyyəti onların İspan istilaçıları tərəfindən məhv edilməsi haqqında ən geniş məlumatı şahidləri və bir çox hadisələrin iştirakçılarından alan ata tərəfindən İspan zabitinin, ana tərəfindən isə İnk hökmdar sülaləsinin prensesinin oğlu olan Qarsilaso İnka de la Veqa özünün XVI əsrdə qələmə aldığı “Real kommentariya, İnklərin mənşəyi haqqında məlumat” adlı əsərində vermişdi.
Cənubi Amerikanın qədim xalqı sayılan Hinduların yaşadığı ölkələrdən biri də Boliviyadır. Güney Amerikanın “qəlbi” və “Yeni dünyanın çətiri” adlanan ölkəyə 1826-cı ildə buranı İspan müstəmləkəçiliyindən azad edən görkəmli mübariz Simon Bolivarın şərəfinə “Boliviya” adı verilmişdir. Tədqiqatçılar göstərirlər ki, Boliviyanın tarixi çox qədim minilliklərə dayanır. Buraya ilk insanlar 30 min il öncə gəlmişlər. Bizim eradan əvvəl 1200-cü illərdə ölkənin yüksək dağlıq hissələrində ilk əkinçiliklə məşğul olan Titika gölü ətrafına köçmüş Hindu tayfası Aymarlar yüksək mədəniyyət yaratmış, Keçua Hindularının gəlişinə qədər özlərinin dövlətini qurmuşdular. Bizim eranın XIV əsrində Aymarlar da digər Hindu tayfaları kimi “Kolyasuy” adı ilə dördüncü əyalət olaraq Keçua Hindularının qurduğu İnk dövlətinin tərkibinə daxil etmişdilər. İnklər zəbt etdikləri ərazilərə xeyli miqdarda Keçua Hindualrı köçürdüklərindən Keçua və Aymar Hinduları Boliviya əhalisinin əsasını təşkil etmişdilər. İspanların Boliviya ərazisini də zəbt etdikdən sonra 1542-ildə Boliviyanı yerli tayfanın adıç olan “Çarkas” adı ilə Perunun İspan karolluğu müavinliyinə daxil etmiş, Amerikanın didər yerlərində olduğu kimi Boliviyadada da İspan müstəmləkəçiləri Hinduların önəmli hissəsini kütləvi şəkildə məhv etmiş, ölkənin qalan əhalisini isə torpaqları ilə birlikdə İspan müstəmləkəçiləri arasında bölüşdürmüş, ölkənin qızılını, gümüşünü və digər qiymətli daş-qaşlarını yağmalamış, Hinduları yeni kəşf etdikləri mədənlərdə qul kimi işlətmişdilər. Bu mədənlərdə hər min nəfərdən 800-ü ağır iş şəraiti nəticəsində məhv olmuşdu. 25 May 1809-cu ildəki Latın Amerikasında Boliviya üsyanı müstəqillik uğrunda müharibənin yeni erasını açmış oldu. Buna baxmayaraq Boliviya öz azadlığına digər Latın Amerika xalqlarından sonra, Marşal Sukrenin komandanlığı altında Venesuela ordusunun köməyi ilə 1825-ci ildə nail olmuşdu.
Keçua Hindularının dili həm Şimali, həm Orta, həm də Cənubi Amerikanın ən geniş yayılmış Hindu dili olmuş, və bugün də bu dil geniş şəkildə işlənməkdədir. Ümumiyyətlə, Hindu dili Amerikadaki İspandilli, Portuqaldilli, İngilisdillivə Fransızdilli dövlətlərin dillərinin leksikasında, fonetikasında və sintaksisində nəzərə çarpacaq dərəcədə özünü göstərməkdədir.
Avropalıların işğalına qədər Cənubi Amerikanın qədim Hindular yaşayan ölkələrindən biri də Argentinadır. XVI əsrin başlanğıcına qədər Argentina ərazisində “ Diaqit, Keçua, Quaran, Kerandi Xet, Alakaluf, Ona və Yaman “ kimi Hindu tayfaları yaşamışlar.
XVI əsrin başlanğıcında buranı işğal edən İspanlar zəngin gümüş yataqları tapmış, ona görə də ölkənin adını latınca “ gümüş “ anlamına gələn “ Argentum “ olaraq “ Argentina “ adlandırmışlar. İspan işğalından sonra Argentinanın yerli əhalisi olan Hindular kütləvi şəkildə qətlə yetirilmişlər. Gümüşdən başqa digər qiymətli metallar əldə edə bilməyən İspanlar Cənubi Amerikanın digər bölgələrinə yönəldiklərindən XVII əsrin əvvəllərindən bu əraziyə Ezudilər gəlmiş və həmin ərazilərə sahib çıxmağa başlamışlar .
Argentina bütün müstəmləkə dövründə Qitənin digər bölgələrinə nisbətən geridə qalmış, əhalinin kiçik bir hissəsi yalnız maldarlıqla məşğul olmuşdu. Tədqiqatçılar göstərirlər ki, Argentinada ən faciəli hadisə XIX əsrdə baş vermişdi. Bu dövrdə xüsusi hərbi ekspedisiya dəhşətli hərbi əməliyyat həyata keçirərək Şimali Pataqoniya Hindularını məhv etmişdilər.
XX əsrə qədər Avropalı mühacirlərin təzyiqi altında sistemli şəkildə Hindular yaşayış üçün əlverişsiz bölgələrə sıxışdırılmış, ən zəhmət tələb edən və ən aşağı əmək haqqı ödənilən işlərə cəlb edilmişdilər. Artıq Hindular tamamilə yox olmamaq üçün özlərini qorumağa başlamışdılar ( Argen-tina Hinduları haqqında bax : Pimenova R.A., Şeynbaum L.S., Argentina,Stranı i narodı, Amerika, Yujnaya Amerika, səh.160-199 ).
Ardı gələn yazımızda

MAYYA TÜRKLƏRİ – TARİXDƏ VƏ BUGÜN
II YAZI
Cənubi Amerikanın yerli xalqı olan hinduların yaşadığı bölgələrdən biri də Paraqvaydır. İspan işğalçılarından öncə ölkənin əsas əhalisi hinduların Quaran tayfasından ibarət idi. Paraqvayda qızıl və digər qiymətli metallar tapmayan ispan işğalçıları bu bölgə ilə az maraqlanmış, burada müstəmləkə idarələri çox zəif olmuş, ona görə də ispan kaloniyalarının heç birində katolik kilsəsi Paraqvayda olduğu qədər böyük rol oynamamışdı. Hətta bölgəyə mühacirət edən ezidilər ispan kralına söz vermişdilər ki, onlar sülh yolu ilə hindulara oturaq həyata alışmağı öyrədəcək, onları xristianlaşdıracaq və krallığın sadiq nökərləri edəcəklər. Ezidilər pulla, aldatmaqla, hətta zorla on minlərlə hindunu cəlb edərək öz missiyalarını yerinə yetirmiş, köklü əhalini istismar etməklə, öz cəmiyyətlərinə xeyli miqdarda var-dövlət yaratmışdı. Bir neçə on illik sonra ezudilərin fəaliyyəti o qədər güclənmişdi ki, onlar faktiki olaraq Paraqvayı idarə etməyə başlamışdılar. Sonradan həm İspaniyada, həm də Paraqvaya köçmüş yüksək rütbəli Avropalı müstəmləkəçilər arasında ezudi cəmiyyətina qarşı narazılıqlar güclənmiş və 1768-ci ildə İspaniya hökumətinin əmri ilə ezudilər Paraqvaydan qovulmuş, onlara məxsus torpaqlar İspan dövlətinin ixtiyarına keçmişdi. Demək olar ki, yarım əsrlik ezudilərin dini hakimiyyəti Paraqvayda ölkənin yerli əhalisi olan hinduların həyatında mühüm izlər buraxmışdı. Tədqiqatçılar göstərirlər ki, ölkənin XVI-XVII əsrlərdəki yüz əlli minlik hindu əhalisindən 1739-cu ildə cəmisi yetmiş dörd mini qalmışdı. (Bax: Nikitin M.S., Paraqvay, Stranı i narodı, Yujnaya Amerika, səh. 201).
Paraqvay iki dilli ölkədir. Burada həm ispan, həm də yerli hindu tayfası olan quaranların dilində danışılır. Paraqvay əhalisinin doxsan faizini ispanlarla hinduların qarışıq evliliyindən törəmiş metislər təşkil edir. Təmiz hindular ölkə əhalisinin yalnız iki faizini təşkil edir.
Tarixən hindu tayfalarının ən çox məskunlaşdığı ölkələrdən biri də Cənubi Amerikanın ən çox əhaliyə malik olan ölkəsi Braziliyadır. Braziliya öz adını ölkədəki qiymətli boyaq maddəsi olan «Pau-Brazil» ağacından götürmüşdü.
Portuqaliyalıların müstəmləkəyə çevirdikləri Braziliya ərazisində XVI əsrin əvvəllərində adət-ənənə və dil baxımından fərqli hindu tayfaları yaşayırdı. Onların ən böyüyü tupi dilində danışanlar idi. Tupilər Braziliyanın iqtisadi və mədəni cəhətdən ən inkişaf etmiş hindu tayfası olmuşdu. Tupilərdən sonra Braziliyanın hindu tayfaları içərisində aravaklar və kariblər də mühüm yer tuturlar.
Braziliya hindularının da digər hindular kimi əsas dini animizm olmuşdu. Ruha sitayiş dini dünyagörüşdə «Animizm» adlanır. Anima latınca ruh deməkdir. Braziliya hinduları arasında şamanizm də geniş yayılmışdı. İnsanlarla ruhlar arasında şamanlar əlaqəçi kimi çıxış edirdilər. Portuqaliyalılar bu ölkəyə gəldikdən sonra hindu tayfalarının təbii inkişaf proseslərini pozmuş, portuqallar hinduların qədim yaşayış məskənlərini dəyişmişdilər. Tədqiqatçılar göstərirlər ki, bu yerdəyişmələr köçürmələr hindu tayfalarının xarakterini də dəyişdirmiş başqa-başqa tayfalarla qaynayıb-qarışma hindu tayfalarını fiziki cəhətdən də dəyişdirmiş mədəniyyətlərini də aradan qaldırmışdı.
1530-cu illərdə Braziliyada özlərinin xüsusi idarəçilik və məhkəmə sistemini yaradan Portuqaliya müstəmləkəçiləri burada yaşayan hinduları pula çevirmiş, yaratdıqları plantasiyalarda işlətmişdilər. Ümumiyyətlə, Braziliya etniq və irqi baxımdan çox qarışıq bir ölkədir. Braziliya əhalisinin doxsan faizi Portuqaliya dilində danışır. Portuqaliya dili ilə yanaşı, Braziliyada hindu dili və xüsusilə Braziliyaya ilk gələn Avropalı missionerlər tərəfindən tupi hindularının dili əsasında yaradılan və ümumi dil adlanan dil də geniş yayılmışdı.
Tədqiqatçılar göstərirlər ki, hinduların taleyi Braziliya tarixinin ən faciəli səhifələrini təşkil edir.
Braziliya mədəniyyətinin əsasını hindu, portuqal və Afrika elimentləri təşlkil edir. Ümumiyyətlə, Braziliya milli mədəniyyətlərinin formalaşmasında hindu və Afrika elementləri üstünlük təşkil edir. (Braziliya hinduları haqqında bax: Lukaşova, E.N.Martınova, E.İ.Kotovskaya,M.Q.Braziliya, Stranı i napodı, Amerika , Yujnaya Amerika, səh. 219-267).
Cənubi Amerikanın qədim hindular yaşayan bölgələrindən biri də Qayanadır. Avropalılar gəlməmişdən əvvəl Qayanada hindu tayfalarından olan aravaklar yaşamışdılar. Qayana ərazisi uğrunda XVI-XVII əsrlərdə İngiltərə, Fransa və Hollandiya müstəmləkəçiləri bir-biri ilə mübarizə aparmış, ilk əvvəl hollandlar möhkəm mövqe qazanmış və 1773-cü ildə burada üç kaloniyaya sahib olmuş, XVII əsrin əvvəllərindən başlayaraq burada plantasiya təsərrüfatını inkişaf etdirərək tütün, pambıq, şəkər qamışı və kofe becərmişdilər. Plantasiya təsərrüfatını gücləndirən hollandlar hinduları bu plantasiyalarda qul kimi işlədə bilmədiklərindən XVIII əsrin ortalarından başlayaraq buraya Afrikadan zənci qullar gətirməyə başlamışdılar.
Qayana uğrunda mübarizə XVIII-XIX əsrlərdə də rəqib dövlətlər arasında da davam etmiş, nəhayət 1803-cü ildə İngiltərə üç Hollandiya kaloniyasını işğal etmiş, 1813-cü ildə onları bir kaloniyada birləşdirib «Britaniya Qvianası» adı altında Britaniya İmperatorluğuna qatmışdı. Ölkənin dövlət dili ingiliscə olmasına baxmayaraq, hinduların əksəriyyəti hindu dilinin yerli dialektlərində bir-biri ilə ünsiyyət saxlamışlar. (Qayana hinduları haqqında bax: Kovalskaya A.S. Qayana, Stranı i narodı Amerika, Yujnaya Amerika, səh. 267-273).
Cənubi Amerikanın qədim hinduların vətəni olan ölkələrdən biri də Qvianadır. Qviananı da Xristafor Kolumb 1499-cu ildə kəşf etmişdi. Buna baxmayaraq, Qviananın ərazisinə ispanlar deyil, 1604-cü ildə ilk olaraq Fransa müstəmləkəçiləri yerləşmişdilər. XVII-XVIII əsrlərdə ölkəni dönə-dönə hollandlar və ingilislər işğal etmək istəsələr də buna nail ola bilməmiş, sonda ölkə 1817-ci ildə qəti olaraq Fransanın hakimiyyəti altına keçmişdi.
Müstəmləkəçilərin yerli hinduları məhv etməsi ilə ölkə əhalisinin sayı kəskin şəkildə azaldığından plantasiyalarda işləmək üçün Afrikadan zənci qullar gətirilməyə başlandı. XIX əsrin ikinci yarısında qul alverinin ləğv edilməsi ilə Fransa Qviana plantasiyalarında və yeni kəşf edilən qızıl mədənlərində işlətmək üçün Hindistan və Çindən işçilər gətirmiş, Paris Kommunasının məğlubiyyətindən sonra Fransa hökuməti buraya xeyli miqdarda kommunaçını sürgün etmişdi.
Qviana əhalisinin əksəriyyəti xristian katolikdir.
Avropalı müstəmləkəçilər təkcə Şimali, Orta və Cənubi Amerikanın yerli əhalisi olan hinduları məhv etməklə, onları öz yurd-yuvalarından didərgin salmaqla, onlara ağır işgəncələr verməklə,ən ağır işlərdə işlətməklə kifayətlənməmiş, onların min illərlə yaratdıqları yüz minlərlə maddi və mənəvi mədəniyyət nümunələrini də dağıtmış, yandırmış, yer üzündən silmişdilər.
Tədqiqatçılar göstərirlər ki, 12 iyun 1562-ci il dünya mədəniyyəti tarixinin ən qara günlərindən biri kimi tarixə düşmüşdü. Bu gün (12 iyun 1562-ci il nəzərdə tutulur) fransiskan katolik təriqət rahibi, 1561-ci ildə Yükatan və Qvatemala əyalətlərinin katolik fransiskan təriqətlərinin birləşməsindən sonra bu əyalətlərin dini başçısı olmuş, ispan əsilli Dieqo de Landanın əmri ilə mayalılara məxsus minlərlə kitabə, mayalılara məxsus heykəl və yüz doxsan yeddi vaza məhv edilmişdi.
Fanatik Yepiskop Landa Yükatan və Qvatemala birləşmiş əyalətlərinin dini başsçısı olduqdan sonra onun ilk işi yerli xalq olan mayalılara amansız işgəncələr vermək olmuşdu. Bu məqsədlə o qəddarcasına Yükatan mayalılarını öldürmək və onları köçürtməklə kifayətlənməmiş, onların dini kitablarını məhv etmişdi. Bu haqda Landa özü də «xronika»sında yazmışdı. Çünki Landa ilk dəfə olaraq mayalıların tarixi, yazıları və mədəniyyəti haqqında məlumat vermişdi. Bütün bunlarla yanaşı, Landa mayalıların ən məşhur hakimiyyət sülalələrindən biri olan Kokomlar xanədanı haqqında da dəqiq məlumatlar vermişdi.
Tədqiqatçılar göstərirlər ki, Cənubi Amerikaya ilk insanlar on beş on yeddi min il bundan əvvəl gəlmişlər. Bunlar qədim hindular idi ki, Cənubi Amerikadan xeyli öncə Şimali Amerikada məskunlaşmışdılar. Amerika qitəsində hindu əkinçiliyinin inkişafı dayansa da, onlar dünya əkinçilik mədəniyyətinə kartof, qarğıdalı, balqabaq, yerfındığı və s. kimi bugünkü dünyanın bir çox ölkəsində yetişdirilən və insanların gündəlik tələbatını ödəyən kənd təsərrüfatı məhsulları bəxş etmişlər.
Bu gün xeyli hindu tayfaları öz dilləri və mədəniyyətlərini tamamilə itirsələr də mayalıların Keçua və Aymar kimi qəbilələri öz dillərini və mədəniyyətlərini qoruyub saxlamışlar. Mayalıların son paytaxtı Mani şəhəri olmuşdur ki, bu gün onun xarabalıqları qalmaqdadır.
Kəşflər çağını Avropada ən güclü dini qurum olan Tapınakçılar başlatmışdı. Uzun müddət Qərbi Avropanın əldə etdiyi bütün sərvəti bu Tapınakçıların nəzarəti altında olmuşdu. Tapınakçılar sahib olduqları müəzzəm sərvətlə krallıqları belə özlərinə tabe etdirməyə çalışmış, bəzi ölkələrdə buna nail də olmuşdular. Onlar Papalığı belə ələ keçirməyə cəhd göstərmişdilər. Bütün Avropanı saran bu qorxunc təriqət sonradan güclü nəzarət altına alınsa da , bir çox öndə olanları ələ keçirilərək tonqalda yandırsalar da, onlar adlarını dəyişdirərək varlıqlarını sürdürmüş, yer altına çəkilərək gizli fəaliyyət göstərməyə başlamışdı. Onların bəzi qolları bir neçə əsr sonra «Mason lojaları» quraraq «Mason» adı ilə fəaliyyətlərini davam etdirmiş və bu gün də davam etdirməkdədi. (Bax: Nigel Cliff, Son Haçlılar, Remzi Kitab evi, 2013).
Əsas aparıcıları Tapınakçılardan ibarət olan Avropalıların Şimali, Orta və Cənubi Amerikanı işğal edib oraların yerli əhalisi olan hindulara məxsus qızıldan olan maddi mədəniyyət nümunələrini əritdirərək külçə halında Avropaya daşımaqla tarixin axışını dəyişdirmişlər.
Tapınak Şovalyelərindən biri olan, altun əldə etmək üçün bütün Aztek hindularını qətlə yetirən İspaniyalı Hernan Çortez Azteklərə məxsus qızıl xəzinəsinin yerini öyrənməkdən ötrü xəyanət yolu ilə ələ keçirdiyi Aztek hökmdarına ağır işgəncələr verərək, sonda xəzinənin yerini öyrənmiş, ələ keçirdiyi sənət əsərlərini əritdirib külçə halına salmış, həmçinin «Cusco tapınağı»nın qızıldan olan qapılarını sökdürtdürmüş, tapınaqda taxt üzərində oturdulmuş öncəki hökmdarlara məxsus qızıldan olan qəbirüstü heykəllərini də əritdirərək topladıqları bütünqızılları iki yüz sandığa yerləşdirərək yerli hinduların bellərində Caxamalcadakı mərkəzlərinə, oradan da İspaniyaya daşıtdırmışdı.
Digər bir İspaniyalı Tapınakçı Françisko Pizarro da Kolumb və Chortez kimi qızıl əldə etmək üçün İnk hindularının ərazilərini işğal edərək inklərə məxsus bütün qızıldan olan maddi mədəniyyət nümunələrini yağmalatdırmış, gəmilərə yüklətdirərək Avropaya göndərmişdi.
Şimali, Cənubi bütün Amerika hindularına məxsus qızıldan olan maddi mədəniyyət nümunələrini tükətdikdən və yerli hinduların böyük bir qismini soyqırıma uğratdıqdan sonra Carlo Cipollanın böyük bir qismini soyqırıma uğratdıqdan sonra Carlo Cipollanın «İlk möcüzə» adı verdiyi dəniz səviyyəsindən dörd min metr yüksəklikdə yerləşən Potisidə zəngin bir gümüş mədəni kəşf edən İspaniyalılar 1545-1562-ci illərdə bir-birinin ardınca daha yeddi gümüş mədəni bulmuşdular.
Bir tərəfdə Potosi, digər tərəfdə isə Zacatecas gümüş mədənləri XVI-XVII əsrlərdə İspaniyanın sərvət, var-dövlət zənginliyinin başlıca qaynağı olmuşdu. Amerikadan gətirilən qızıl və gümüş bütün Avrasiyanın üzərində öz təsirini göstərmiş, orada bazarları ələ alaraq qarşılığında lazımi mallar tələb edilmiş, gətirilən bu gümüşlərdən həm sikkə, həm də külçə şəklində ticarətdə istifadə edilmişdi.
Tədqiqatçılar göstərirlər ki, Amerikadan gətirilən bu müəzzəm sərvət İspaniya və ümumiyyətlə, Avropa xalqlarına, hətta İspan və Avropa krallarına, zadəganlarına, aristokratlarına deyil, Tapınakçılar vasitəsilə yalnız katolik xristianlığın ixracatına sərf edilmişdi. Başda İspaniya olmaqla Avropanın katolik məzhəbində olan xristian dövlətləri həm müsəlmanlara, həm də xristianlığın Protestan məzhəbinə qarşı savaşmışdı.
İspaniya Amerika hindularından əldə etdiyi qızıldan və gümüş mədənlərindən qazandığı gümüşlə bir «Para İmperatorluğu» qura bilsə də, bir «İqtisadi İmperatorluğa» dönüşə bilməmiş, yalnız idxalatçı bir dövlət olaraq qalmışdı. Xüsusilə ispanların dövründə dünyanın dörd bir tərəfində qəbul edilən «pesetas»adlanan gümüş sikkələrinə sonradan hiylə qatmaları anlaşılınca öz etibarını sürətlə itirmiş, gümüşlə bağlı İspaniyanın dünya hegemonluğu zaman-zaman həm iqtisadi, həm də hərbi sahədə öz yerini İngiltərəyə tərk etmişdi. (Bax: İbrahim Okur, Altun dünya tarihinə farklı bir pencere, Okursoy kitabları 22, səh. 312,313, 317, 318)
Tədqiqatçılar göstərirlər ki, 1492-ci ilə qədər Kolumbun vardığı Yükatan adasının əhalisi üç yüz min idi. Kolumbun gəlişindən sonra keçən iki il müddətində adanın əhalisinin üçdə biri qətlə yetirilmiş 1508-ci ildə sağ qalan yerlilərin sayı altmış minə, 1548-ci ildə isə beş yüzə enmişdi. Kolumb 1500-cü ilə qədər adada 340 ədəd dar ağacı inşa etdirmişdi. XVI əsr İspaniya tarixçisi Fernandez de Oviedo bütün bu vəhşətləri son dərəcə sevinc və coşğu ilə qələmə alaraq göstərmişdi ki, bütpərəstlərə qarşı işlədilən barıt İsa Məsih üçün yandırılan tüstü sayılırdı.
Kolumbun həyata keçirdiyi işlərdə Həzrəti İsanın xristianlığı deyil, papaların «mərifətilə» Avropalılaşdırılmış xristianlığın bütün iyrənclikləri görünməkdədi. Amerikaya gedən bütün Avropalı qövmlərin orada həyata keçirdikləri soyqırımların hamısı eyni xarakterli idi. Belə ki ispanlar Meksikaya daxil olduqları 1520-ci ildə Meksikanın əhalisi 25 milyon idi. Bu yerli əhalinin sayı 1548-ci ildə 7 milyona, 1605-ci ildə isə sadəcə 1,5 miyona düşmüşdü. Yəni yerli əhalinin 95 faizi soyqırıma məruz qalmışdı.
Tədqiqatçılar göstərirlər ki, beş il müddətində müstəmləkəçi Avropalılar Kuba adasında demək olar ki, bütün adadakı hinduları qətlə yetirmişdiər. Lakin işğalçıarın Kubada açdırdığı mədənlərdə işləmək üçün işçi qüvvəsi qalmadığından onlar 1517-ci ildə yenidən qul ovuna çıxmış və bu məqsədlə gəmlərini Yükatana yönəltmişdilər. Lakin yüksək mədəniyyətə və güclü təşkilata malik olan Yükatan hinduları qul ovçularına qarşı şiddətli müqavimət göstərmişdilər.
Tədqiqatçılar göstərirlər ki, o dövr Osmanlı və digər Avropa ölkələrinin iqtisadiyyatını məhz bu gümüş mədənləri çökdürmüşdü. Bu mədənlərdə üç yüz il boyunca səkkiz milyon Qırmızıdərili hindu öldüyü təxmin edilməkdədi. Bütün bu ölkələrdə yox edilən insanların yerini Avropalı kölə tacirləri Afrikadan gətirilən qaradərili kölələrlə doldurmuşdular. (Seçmələr bizimdir –A.M.Bax: İbrahim Okur, Arsızlık və kültür, Türk Düşüncə Hareketi Yayınları, İstanbul 2002. Səh.117).
Avropalıların Afrika səfərlərində qarşılaşdıqları qaradərili lər yeni bir problemin ortaya çıxmasına yol açmışdı. Onların inandıqları İncilə görə, bütün insanlar Adəm və Həvvadan törədiklərindən onlar qardaşdılar. Lakin bu törəyiş və qardaşlıq Avropa köləçilərinin işinə yaramadığandan onlar insanlarda dörd ayrı-ayrı irqin mövcud olduğunu, və insanların tək bir ata-anadan, yəni Adəm və Həvvadan deyil, fərqli zamanlarda ayrı-ayrı ata-anadan törədiyini irəli sürmüşdülər.
İspanlardan sonra XVII əsrin əvvəllərindən başlayaraq, Anqlo-Saksonlar Amerika yollarına düşmüş, onlar da bugünkü ABŞ ərazisində o zamanlar yaşayan on iki milyona qədər yerli hinduları sistematik soyqırıma məruz qoyaraq, artıq 1900-cü ilə qədər onların sayına 250 minə düşürmüşdü.
Bu ənənə XX əsrdə də eynilə davam etdirilmişdi. Belə ki, Fillipində olan vəzifəli bir Amerika zabiti o dövrdə bildirmişdi ki, sözləri ağzınızda gəvələməyin heç bir mənası yoxdu. Biz Amerikalılar Qırmızıdərililərin kökünü qurutduq və sanıram ki, çoxumuz bundan qürur duyuruq.
Bu fikirlər təkcə bir Amerika zabitinə məxsus deyildi. Bu məsələ uzun müddət Amerikanın və bütövlükdə o dövr Avropasının birinci şəxslərinin ana siyasətlərindən biri olmuşdu.
Amerikanın 26-cı prezidenti Theodore Roosevelt özünün məşhur «Üzücü həyat» nitqində göstərmişdi ki, heç şübhəsiz bizim bütün milli tariximiz bir yayılma hərəkatının hekayəsidir. Barbarların (yerli Qırmızıdərililər nəzərdə tutulur) ya uzaqlaşıb getmələri, ya da boyunduruq altına girmələri qüdrətli mədəni irqlərin (Avropalılar nəzərdə tutulur) savaş qabiliyyətlərini heç bir zaman itirməmələrindən dolayıdır. (Seçmələr bizimdir A.M. Bax: Fatihler yarqılanıyor, səh. 73).
Avropalıların bu vəhşiliklərini üzə çıxaran tədqiqatçılar belə bir məntiqi nəticəyə gəlmişlər ki, Avropa kültürləri öncə düşünürlərini, yazarlarının düşüncəsinin hadisələri, sonra da hadisələrin düşüncəni yönləndirilməsi ilə yüksələn bir kültürdür. Belə ki, Avropanın ən sayılan düşünürlərindən biri olan Hegel köləliyin ləğv edilməsinə qarşı çıxanlara ağlının verdiyi bütün xidmətləri sunmuş, Avropalıların Afrikada zəncilərə yapmış olduqlarının əksinə olaraq Amerika hindularının kölələşməyə qarşı çıxdıqlarına görə, onları zəncilərdən də aşağı irqə daxil edərək aşağılamağa çalışmış və göstərmişdi ki, «Afrikalılar Avropa kültürünü mənimsəməyə Qırmızıdərililərdən daha çox uyğundurlar».
Amerikaya ayaq basan Avropalıların yerli əhali olan Qırmızıdərililəri soyqırıma uğratdıqdan sonra bu nəhəng qitə heç də boş qalmamış, oraya Afrikadan gətirilmiş kölələrlə yanaşı müxtəlif Avropa ölkələrinə məxsus insanlar da yerləşmişdi. İngilis müstəmləkələrində 1833-cü ildə, Fpansız müstəmləkələrində 1848-ci ildə, ABŞ-da 1866-cı ildə, Kubada 1886-cı ildə, Brazilyada 1888-ci ildə «kölə idxalatı yasağı» yürürlüyə girməsindən sonra Amerika qitəsində kölə yetişdirməçiliyi yeni bir qazanc halına gəlmiş, bu məqsədlə plantasiyalar yaradılmış və bu plantasiyalarda yetişdirilən kölələr bazarlarda satılmağa başlanılmışdı.
Belələiklə, əgər dünyanın digər hissələrində hər hansı bir irq üstünlük təşkil edirsə, Amerika qitəsində Avropalıların gəlişindən sonra vəziyyət tamamilə dəyişmişdi. Belə ki, Antil adasının şərq sahillərində əhalinin çoxu, Yamayka, Naiti və Trinidad adalarında isə əhalinin mütləq əksəriyyəti qara irqə, ABŞ, Kanada, Argentina və Uruqvayda ağ irqə məxsus insanlar, Şimali Amerikanın ensiz zolağında eskimoslar və nəhayət, Mərkəzi və Cənubi Amerikanın geniş ərazisində, xüsusilə Meksika, Qvatimala, Peru, Ekvador və Paraqvayda əsasən hindular və metislər yaşamaqdadırlar.
Avropalıların bu köləçilik və digər siyasətləri nəticəsində elə bir qarışıq dünya meydana gəlmişdi ki, gedərək kimsə ağ, qara və qırmızı dərili olmamağa başlamışdı. Məhz belə bir ortamda Avropanın «başbilənləri» «saf qan» nəzəriyyəsini yenidən dövriyyəyə buraxmağa başlamışdılar. Avropa bu gün belə öz irqçilik siyasətini davam etdirməkdədir. Belə ki, Avropa Birliyinin üzvü olan ölkə əhalisinin üçdə ikisi bu gün belə irqçidirlər. Bu gün belə dünya aydınlanmış bir Avropa ilə deyil, sadəcə başqaları hesabına zənginləşmənin bir yolunu bulmuş «Avropa gerçəkliyi» ilə qarşı-qarşıyadır.
Beləliklə, Avropa istilaçıları Amerikaya ayaq basandan sonra təkcə Amerika hindularını qətlə yetirməklə və onların maddi və mənəvi mədəniyyət nümunələrini məhv etməklə kifayətlənməmiş, həm də Amerikanın etnik və toponomik xəritəsini də əsaslı şəkildə dəyişdirmişdilər.
Bütün bunlarla yanaşı, bizi ən çox maraqlandıran Amerika qitəsinin ən qədim sakinləriolan Mayalılar və onların türklərlə bağlılığı məsələsidir.
İndiyə qədər Amerika qitəsinin ən qədim xalqlarından olan hinduların tarixinə, dilinə, antropologiyasına, etnoqrafiyasına, həmçinin maddi və mənəvi mədəniyyətlərinə dair yüzlərlə məqalə və monoqrafiya həsr edilmişdir. Bununla belə, 1492-ci ilin oktyabr ayında Xristofor Kolumbun rəhbərliyi ilə Amerika qitəsinə ayaq basan acgöz Avropalı istilaçılar tezliklə «Yeni Dünya» adlandırdıqları köhnə və qədim Amerikanın dörd bir yanına yayılsalar da, onların diqqətini cəlb etməyən hindu və ya qırmızıdərili adlandırdıqları yerli xalqın tarixi və mədəniyyəti yalnıx XIX əsrdə Avropa tədqiqatçılarının diqqətini cəlb etməyə başlamışdı. Bunların içərisində 1879-cu ildə Vaşinqtonda əsası qoyulan Smitson İnstitutunun ilk direktoru Con Paulun hindu dilinə həsr etdiyi «Amerikanın şimalından Meksikaya qədərki hinduların dil ailəsi», Frans Boasın iki cildlik «Şimali Amerika hindularının dili», fransız alimi Riv Polyanın «Amerikanın yerli insanları» adlı əsərləri, rus Sovet tədqiqatçılarından R.B.Kinjalovun, «Qədim Amerikanın incəsənəti», «Qədim maya mədəniyyəti» və s. kimi bir sıra əsərləri xüsusi yer tutur. Lakin bu göstərilən müəlliflər hindularla bağlı hər şeydən bəhs etsələr də, onların türklərlə yaxınlığı, qohumluğu və əlaqələrindən bəhs etməmişlər.
Amerika hinduları ilə bağlı araşdırma aparan ilk türk tədqiqatçısı Təhsin bəy Mayatəpək olmuşdur. Sonradan mayalıları türk hesab edən və maya dilindəki təpək sözünün türkcədəki təpə sözü ilə eyniyyət təşkil etdiyini özünə Mayatəpək təxəllüsü götürən Təhsin bəy Atatürkün istəyi ilə 1935-ci ildə Türkiyənin Meksika səfirliyinə məsləhətgüzar(işlər vəkili, səfir əvəzi) təyin edilmişdi. Meksikaya Təhsin bəy əslində Atatürk tərəfindən Mu qitəsi və mayalılarla türklərin əlaqələrini araşdırmaq və «Günəş Dil Nəzəriyyəsi» haqqında yeni məlumatlar toplamaqla görəvləndirilmişdi.
Təhsin bəyə Meksikada Amerikalı arxeoloq Villiam Nivenin əldə etdiyi Meksika gil lövhələri göstərilmişdi. Maya hindularının dilinin kökü bu lövhələrdə gizli idi. Təhsin bəy türkcə ilə maya dili arasındakı bənzərlikləri müəyyənləşdirmək üçün maya dilinə aid mətnlər haqqında bilgi toplamağa başlamış və bu tabletlərin şifrəsinin açılışı onu xeyli təəccübləndirmişdi. Belə ki, Meksika tabletləri eradan əvvəl Sakit okeanında mövcud olmuş bir qitədən bəhs edirdi. Tədqiqatçılara görə, Mu adı verilən bu qitə on iki min il öncə bir dəhşətli zəlzələ nəticəsində Sakit okeana qərq olmuşdu. Öz araşdırmalarını genişləndirən, yeni-yeni mənbələrlə qarşılaşan Təhsin bəy bu dəfə ömrünün əlli ilini qədim Mu qitəsinə, və Mayalılara həsr edən ingilis alimi James Churchvardın əsərləri ilə tanış olmuş, bu əsərləri təhlil edərək beş maddədən ibarət xülasəni və başqa qaynaqlardan əldə etdiyi bilgiləri 14 raport, üç dəftər halında 1935-ci ilin dekabr ayından başlayaraq, Atatürkə və Türk Tarix Qurumuna təqdim etmişdi. Təhsin bəyin bu raportlarında bizi maraqlandıran Mayalılar və digər Amerika hindularının türklərlə bağlılıqlarıdır. Təhsin bəyin ingilis alimin əsaslanaraq bir cildlikdə apardığı tədqiqatlar əslində Mu qitətsi və xüsusilə Amerika qırmızıdərililəri ilə türklər arasındakı yaxınlığı tədqiq etməyə yönəli son dərəcə orijinal bir tədqiqatlardır. Təhsin bəyin bu qiymətli tədqiqatları Atatürkün vəfatından sonra uzun müddət davam etdirilməmiş, yalnız 1970-ci illərdə Qazanda tatar alimləri Karamullin və Aribcanov bu pərdənin üstünü yenidən açmışdılar (Bax: Voprosı Tyurkskoqo yazıkoznaniya, Kazan, 1976, səh. 129-143).
Amerikanın qədim xalqı olan Mayalıların, Azteklərin, İnklərin türklərlə əlaqəsindən bəhs edən Təhsin bəy ingilis tədqiqatçısı James Churchvarda əsaslanaraq göstərmişdir ki, uyğur, akkad və sumer adlı irqdaşlarımız bəşəriyyətin ilk vətəni sayılan Mu qitəsindən minlərcə il əvvəl çıxaraq dünyaya yüksək maarif və mədəniyyətlərini, dil və dinlərini aparmışlar.
Araşdırmalarını genişləndirən Təhsin bəy Amerika qitəsindən Mayaların, Azteklərin, İnklərin, Keçuaların, Maqavların, bir sözlə, Avropalıların qırmızıdərililər adlandırdıqları hinduların da türk kökənli olduğuna dair ip ucları əldə etmişdi.
Təhsin bəy həmçinin qədim Maya, Aztek və İnklərin işlətdikləri və üzərində ayla ulduz fiqurlarının olduğu əşyaların, davulların və qalxanların da türklərinkinə bənzədiyini qeyd etmişdi.
Təhsin bəy Atatürkə göndərdiyi raportlarında bizim üçün də gərəkli olan Mu, Maya, İnk, və Atlanta uyqarlıqları ilə türklər arasındakı əlaqədən, Şumer, Akkad və Uyğur türklərinin Mu qitəsindən dünyaya yayıldıqlarından, Şimali Amerikanın Texas əyalətindəki yerlilərin danışdığı Atakapa dilində bulduğu türkcə sözlərdən, Kişna və Maya dilindəki bəzi kəlmələrin türkcə olduğundan bəhs etmişdi.
Təhsin bəy raportlarında Meksikada hinduların danışdıqları dəyişik ləhcələrdəki bəzi sözlərin türkcə ilə eyniyyət təşkil etdiyini sübut etməyə çalışmış, bununla əlaqədar olaraq fransız tədqiqatçılarından Brasseur de Bourbourqin Meksika və Orta Amerika yerlilərinə həsr etdiyi və 1868-ci ildə Parisdə nəşr etdirdiyi əsərindəki yerlilərə aid sözlərin kiçicik fərqlərlə türkcədə mövcud olduğunu faktlarla göstərmişdi.
Təhsin bəy həmçinin Rablo Patronun Peru və Bolivyadakı Kişua və Aymara hindularının dilinə həsr etdiyi əsərində işlənən şumer və asur sözləri ilə türkcə sözləri qarşılaşdırılmış və göstərmişdi ki: «Şimali, Orta və Cənubi Amerikadakı yerli qövmlərin bir çoxunun dillərinin səpələnmiş halda mövcud olan bir çox türkcə sözlərdən başqa Peruda danışılan kişna və aymara dillərində bulunan türkcə, şumercə və assurca sözlərin buralara və bütün Amerika ərazisinə Berinq boğazından gələn türklər və şumerlər vasitəsilə yayıldığı, yoxsa James Churchvardın açıqladığı Mu qitəsindən minlərlə il əvvəl çıxmış olan uyğur, şumer və akkadlar tərəfindən gətirilmiş olduqları haqqında qəti bir fikir irəli sürmək mümkün olmadığından bir çox mühüm tarixi məsələnin tarix qurumu tərəfindən tədqiqinin arzu edək. (İqtibas Sinan Meydanın göstərilən əsərindən götürülmüşdür – A.M. Bəx: səh. 125-126).
Təhsin bəy batmış qitə Mu ilə türklərin arasındakı yaxınlıqdan daha çox bütün dillərin qaynağının türkcəyə dayandığını irəli sürən «Günəş dil nəzəriyyəsini» gücləndirəcək faktlara yer vermişdi.
Tədqiqatçıların irəli sürdüyü məlumatlarda bizi ən çox maraqlandıran hinduların Amerika qitəsinə Berinq boğazı yolu ilə Sibir, Altay və ya Orta Asiyadanmı, yoxsa Sakit okean yolu ilə Mu qitəsindənmi getdiklərindən daha çox onların çox qədim çağlarda Amerikaya getdikləri və ən başlıcası onların türklərlə nə dərəcədə bağlı olduqlarıdır.
Tatar türkləri ilə Amerika hindularının eyni kökdən olduğunu ilk dəfə 1638-ci ildə Amerika hinduları arasında xristianlığı yaymaq üçün Avropadan xüsusi missiya ilə Amerikaya gələn katolik rahibi Antonio Kalança irəli sürmüşdü.
Tədqiqatçıların əksəriyyəti, Amerika hindularını etnik baxımdan monqol irqi ilə bağlamışlar. Heç təsadüfü deyil ki, bu tədqiqatçıların əksəriyyəti türkləri və xüsusilə tatar türklərini də monqoloid hesab etmiş və heç şübhəsiz ki, monqol dedikdə tatar türklərini nəzərdə tutmuşlar.
Uzun müddət Amerika hinduları ilə bağlı tədqiqat aparan Təhsin bəy Mayatəpək Türk Dil Qurumana göndərdiyi raportlarının birində Peruda vaxtılə hökmdarlıq etmiş İnk imperatorlarından bir neçəsinin adlarının türkcəyə çox bənzəməsindən, Peru yerlilərinin danışdıqları Keçua dilinə aid bir çox kəlimələrin türkcə olduğundan, Peru dilçilərindən Rablo Patronun 1900-cü ildə Perunun Lima şəhərində nəşr etdirdiyi əsərində Şumer dili ilə türk dili arasındakı qohumluğunu izah və bəyan etməsindən bəhs edərək Amerika hindularının türk kökənli olmasını irəli sürmüşdü.
Təhsin bəy həmçinin Argentinanın şimalındakı yerli hinduların danışdıqları «Lülə» dilində rast gəldiyi türkcə sözlərdən bəhs etmiş, türk dilinin qrammatikası ilə lülə dilinin qrammatikasını qarşılaşdırmış və bu dillərin də türk kökənli olduğunu bildirmişdi.
Təhsin bəy Mayatəpək Amerikadakı bu araşdırmaları ilə türk dilinin geniş yayıldığını göstərərək «Günəş dil Nəzəriyyəsini» də gücləndirmiiş , Atatürkün irəli sürdüyü «Türk Tarix Tezisini» təsdiqləmişdi. Təhsin bəyin başarılı tədqiqatları Atatürkün çox xoşuna gəlmiş, onun Amerikada türk izləri aramaqda nə qədər haqlı olduğunu bildirmişdi.(Geniş məlumat üçün bax: Sinan Meydan, Atatürk və kayıp kıta Mu, İstanbul 2014)
Məşhur türk alimi İbrahim Okur da özünün «Arsızlıq və kültür» adlı əsərində Amerika hindularının türk mənşəli olduğunu qeyd edərək göstərir ki, Sibir türkləri Berenq boğazından keçərək Amerikaya yerləşmiş, qərb sahilləri boyunca cənub istiqamətində irəliləmiş və oralarda çoxalaraq yayılmışdılar. (İbrahim Okur, Arsızlıq və kültür, İstanbul 2002, səh.115-116).
Maya türkləri ilə bağlı bir fikri də qeyd etməyi gərəkli sayırıq. Belə ki, 1970-ci illərdə Moskvada təhsil alan əslən Amerika hindularının Moqav (Oxu : Maq,Muğ-A.Q )tayfasından olan Raşşinq adlı tələbə öz təcrübəsini Azərbaycanda keçirmişdi. Raşşinq jurnalist M.Qordiyevaya verdiyi müsahibəsində göstərmişdi ki, Amerika antropoloqlarının əlində dəqiq məlumat var ki, biz moqavlar əlli min il bundan əvvəl indiki Azərbaycandan gəlmə xalqıq. Bizim adət-ənənələrlə azərbaycanlıların adət-ənənələri arasında xeyli uyğunluqlar vardır.
Kubanın əfsanəvi lideri Fidel Kastro rus «İkinci Havana Bəyannaməsində» bildirmişdi ki, otuz iki milyon hindu Amerikanın onurğa sütununu təşkil edir.
Maya türkləri ilə bağlı yazını bir hindu başçısının sözləri ilə bitirirəm. O söyləmişdi ki, «başlanğıcda Avropalı işğalçılarının İsası, bizim isə altunlarımız vardı. Sonda altunlar onların, İsa da bizim oldu».

AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent

https://turkustan.info/2020/01/18/mayya-turkleri-tarixde-ve-bu-gun/
.

Yazı facbook sayfasından alıntıdır…

Sayın AYDIN MEDET OĞLU QASIMLI hocamıza bu önemli araştırma yazısından dolayı çok teşekkür  ederiz
.
.

Ayni bölgeden daha önceki Türk bağı yazımız..

Orta Amerika Türk kayık adalarında antik ata kültürü Atabeira

Orta Amerika Türk kayık adalarında antik ata kültürü Atabeira

.

Güney Amerika’da 11.000 yıllık antik bir tarih- Ata kama

Güney Amerika’da 11.000 yıllık antik bir tarih- Ata kama

.
.
.
.

Hakkında Türk Bilimi